Eldar Mahmudov: antixristin ölümü

Eldar Mahmudov: antixristin ölümü
20:17 31 Dekabr 2015
1082 Digər
Ölkə mətbuatı
A- A+

Eldar Mahmudovun əmisi oğlunun bahalı maşını - FOTO (07 May 2017 10:52)

Milli.Az virtualaz.org-a istinadən Eynulla Fətullayev yazısını təqdim edir

Dünyanın sonu haqda xristian dünyagörüşünün (esxatologiya-red.) ziddinə olaraq ötən 2015-ci ilin əsas qəhrəmanı, daha doğrusu, anti-qəhrəmanı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov oldu.

Mahmudovun adı hansısa sirli bir duman haləsinə bürünmüşdü. İnsanlar həmin dumanlıqda Antixristin obrazını - azərbaycanlıların qəniminin, cəlladının obrazını görürdü. O, messiyaçılığa iddia etməyərək 10 il ərzində "dövlət içində dövlət"in rəhbəri oldu və ölkədə idbar mühit yaratdı.

E.Mahmudov və rəhbərlik etdiyi nazirlik şər, ölüm, işgəncə və zorakılığı təcəssüm etdirirdi.

Mircəfər Bağırovun yüksəlişindən və süqutundan bəri ilk dəfə idi ki, xalq arasında adı dörd hərflə xatırlanan yalnız bir güc aparatı özünün bütün qorxunc gücünü elə öz xalqına qarşı yönəltmişdi.

Azərbaycanlıların qismətinə düşən bütün çətinliklərə və pis, ağır günlərə baxmayaraq 2015-ci il Azərbaycan xalqının tarixinə ən xoşbəxt və uğurlu illərdən biri kimi daxil olacaq. Çünki Azərbaycan adi banditizmi və terroru dövlət siyasəti mərtəbəsinə qaldırmış bir zalımdan qurtuldu.

Mahmudovçuluğun ifşa olunması hələ 2015-ci ilin əvvəlində ağlasığmaz görünərdi. Eldar Mahmudov, Hilal Əsədov, Akif Çovdarov, Elçin Quliyev... - bütün sosial təbəqələri qorxu və dəhşət içində saxlayan bu adamlar və digər cinayətkarlar toxunulmaz kimi görünürdülər. Onlar ölkənin ən vacib dövlət təsisatı ilə, hətta ölkənin dayaqları ilə qaynayıb çulğaşmışdı.

Xeyli ləyaqətli azərbaycanlının qanını axıdan və ilk baxışdan toxunulmaz görünən bu adamların layiqli cəzasını alacağı çoxlarını şərəf, ləyaqət, həyat və azadlıq uğrunda ədalətli mübarizəyə ruhlandıracaq hansısa xəfif bir ümid olaraq qalırdı. Başda Eldar Mahmudov olmaqla bütün bu adamlar şəri təcəssüm etdirirdi.

İlk "poliuretan böhranı"ndan - xeyli günahsız adamın ölümünə səbəb olan qeyri-təbii bina yanğınından sonra hakimiyyət aparatında sistem böhranının mövcudluğu bəlli oldu.

Sistem böhranının mövcudluğunu hamıdan əvvəl prezident İlham Əliyev hiss və etiraf etdi (belə şey isə nadir hallarda olur - yenə də yuxarıdan inqilab!). Və prezident MTN-in ləğvi barədə tarixi qərar qəbul etdi.

Baş üzərindəki bu "Damokl qılıncı" ilə yaşamaq təkcə öz hakimiyyətini və sistemi yox, ümumən bütün ölkəni böyük təhlükə altında qoymaq demək idi. Təhlükəsizlik Şurasının prezidentin iradəsi ilə toplaşması isə süjetin sonrakı "razvyazka"sından ötrü bir növ uvertüraya çevrildi.

Bu sirli süjetdəki faciə təkcə baş nazirin I müavini Abid Şərifovun poliuretan üzlüklü binanın təmir-bərpasında mifik "Alabala" şirkətinin iştirakı barədəki etirafı deyildi. Yox, həmin müşavirədə başını bir dəfə də qaldırmayan və prezidentin gözünə baxmayan, tükləri də biz-biz olmuş Eldar Mahmudovun bu əzilmiş, əzablı üzü başa çatmaqda olan ilin əsas hadisəsinin müjdəçisi idi.

Bu vaxta qədər isə Mahmudovun sonu bilinməyən pula hərisliyindən doğan aqressiyası və onun qudası Cahangir Hacıyevin natəmiz əlləri ölkənin maliyyə sistemini, iqtisadiyyatın banka bağlı hissəsini tamamilə məhv və dəfn etmişdi. Mahmudovla Hacıyev ölkədəki "poliuretan böhranı"na sayılı günlər qalanda ölkədə maliyyə qeyri-sabitliyi yaratmış, devalvasiya baş vermişdi.

Manat əvvəlki güc-qüdrətini itirmişdi. Lakin Mahmudovla Hacıyev talan olunmuş kapitalın ölkədən çıxarılması mexanizmini hətta o amansız fevral böhranı günlərində də dayandırmamışdı. Bu banda milyardlarla dollar vəsaiti ölkədən çıxarmaqda və artıq başlayan iqtisadi böhranı daha da dərinləşdirməkdə davam edirdi.

Devalvasiya dağıdıcı repressiv sistemin iç üzünü Mahmudovun adi faşizminin 10 ili ərzində ilk dəfə idi ki, açıb ortaya qoyurdu. Banda hakimiyyətin özünün dayaqlarını məhv etməyə başlayan maşını işə salmışdı. Ölkənin əksər bankları birinci fevral devalvasiyası dalğalarının altında qalıb əzildi. Bu banklar ilk növbədə elə iblisanə Mahmudov-Hacıyev ittifaqının özünə məxsus idi.

MTN-in - dövlət içində dövlətə çevrilən bu qurumun özünün dağılması da elə birinci devalvasiya dalğasından sonra başlamışdı. MTN-in bankları kurasiya edən idarəsi devalvasiyanın dağıntıları altında qaldı.  Mahmudovun şəxsi bankları müflis olmuşdusa, digər bank təsisatlarının taleyi aydın idi - bundan heç danışmağa dəyməzdi.

İlham Əliyev məhz belə bir məqamda sistemi, hakimiyyəti, bunlarla yanaşı öz xalqını xilas etməyə başladı.

Azərbaycan devalvasiya və "poliuretan böhranı"ndan təzəcə xilas olmuşdu ki, gurultulu siyasi qalmaqala çevrilən yeni maliyyə böhranı baş qaldırdı. Məlum oldu ki, Azərbaycanın maliyyə təhlükəsizliyini və strateji kapital toxunulmazlığını müdafiə və təmin etməli olan Mahmudov sistemi ölkənin əsas maliyyə institutunu - Azərbaycan Beynəlxalq Bankını talan edib.

Azərbaycan iqtisadiyyatının əksər seqmentlərini və maliyyə sektorunu məhv edib batıran (virtualaz.org saytı bu haqda il ərzində xeyli yazıb) Cahangir Hacıyev Eldar Mahmudovun şəxsi biznesmenləri və əlaltıları vasitəsilə təxminən 10 milyard dolları havaya sovurub, ölkənin əsas bank təsisatını praktiki olaraq "təmizləyib".

O pulları geri qaytarmaq mümkün olmadı. Milyardlar Mahmudovun adamları və ölkənin təhlükəsizliyinə məsul olan Mahmudovun şəxsən özü tərəfindən talan edildi. Bir müddətdən sonra isə o, Azərbaycandan ötrü ən böyük təhlükəyə çevrildi.

Bəs Eldar Mahmudov bu vəziyyətdə nə etdi? O, qızışan ajiotajdan və maliyyə böhranından sui-istifadə etmək fürsətini buraxmadı. Dəstə-dəstə adamlara cinayət işi açmağa və sahibkarları həbsxanalara doldurmağa başladı. Özü də əsas oğruya - Cahangir Hacıyevə hərtərəfli siyasi dəstək verməkdə davam edə-edə...

Mahmudov iqtisadiyyatın şaxələndirilməsinin və onun neft dollarlarından xilas edilməsinin sonuncu qarantı olan bütöv sahibkarlar sinfini məhv edib "təmizləmək" işinə girişmişdi.

Prezident ASAN Xidmət yaradır, korrupsiya ilə mübarizə aparır, ölkə iqtisadiyyatını xilas etmək üçün var gücü ilə çalışır, Mahmudov isə öz cinayətkar və talançı dəstəsinə yeni-yeni məmurları cəlb etməklə korrupsioner sxemini genişləndirirdi. Hakimiyyət dəhlizlərində dəyərlərin parçalanması baş vermişdi. Mahmudov anomiyası davam edirdi.

Prezident, bütövlükdə isə hakimiyyət MTN sisteminin - elə bu hakimiyyətin maraqlarının müdafiəsində durmalı olan sistemin yaratdığı problemlərin nəticələri ilə bütün il boyunca fədakarlıqla mübarizə apardılar.

Bu tarixçənin ən dəhşətli tərəfi o idi ki, Mahmudovun qarət və zorakılıq mexanizmini heç kim dayandıra bilmirdi, bu, heç mümkün də deyildi. Mexanizm artıq işə salınmışdı. O, talan edirdi, öldürürdü, oğurlayırdı, zor tətbiq edirdi.

Əgər prezident Mahmudovun idarəsini ləğv etmək qərarı qəbul etməsəydi, vəziyyət daha da pisləşəcəkdi. MTN buraxıldı. Əlbəttə, oğru Mahmudov-Hacıyev dueti ətrafındakı bütün proseslərin ikinci ən qanunauyğun hadisəsi Cahangir Hacıyevin özünün həbsi oldu. Lakin hətta bu hay-küylü həbs də MTN-in buraxılması hadisəsinin kölgəsində qaldı.

Sistemin inqilabi yollarla dağıdılması məsələlərində konservativ baxışlara sahib olan bir siyasətçi kimi prezident üçün çətin idi. Amma o, artıq cinayətkar təşkilata çevrilmiş bu nazirliyi buraxmaq üçün inqilabi metodlar tətbiq etməli oldu. Mahmudovu başqa yolla dayandırmaq artıq mümkün deyildi.

Az qala siyasi münaqişəyə çevrilən iqtisadi böhran - Nardaranda baş qaldırmış gözlənilməz qiyam hələ də prokurorluğun, jurnalist-analitklərin dərin araşdırması üçün əsas mövzu olaraq qalır.

Bu hadisə xüsusən də islamçıların lideri Tale Bağırzadənin MTN-in (!!!) tövsiyəsi əsasında qəfildən həbsdən azad edilməsi fonunda hakimiyyəti və cəmiyyəti sarsıdan dəyərlər böhranının nəticəsi idi. Analitiklər neçənci dəfə idi ki, sübuta ehtiyacı olmayan aksiomanın doğruluğuna əmin olurdular. Aksioma marksizmi inkar edir, axı iqtisadiyyatın təşəkkül tapdığı dəyərlər sistemi var. Siyasət isə iqtisadiyyatın üstqurumudur.

İstənilən kulturoloji və dəyərlər böhranı iqtisadi kollaps və siyasi çaxnaşma yaradır. Məhz Mahmudov ölkədə dəyərlər böhranı yaratdı. Bunu Lamiyə Quliyeva adlı dustaqla bağlı baş vermiş məlum əhvalat da təsdiq edir.

Mahmudov MTN-in bütün ölkə boyu alverini həyata keçirdiyi əfqan heroininin həbsxanalara da doldurulması üçün Ədliyyə Nazirliyinin rəhbərliyini öz qarşısında əsas maneə kimi görürdü. Nəticədə o, bədbəxt Maqdalina haqda tragikomik əhvalat uydurdu, adi fahişəni mələyə çevirdi. Mahmudovun gizli polisinin agentləri ötən ildə "məhbusun zorlanması" haqda "ifşaedici əhvalatla" ölkənin siyasi landşaftını silkələdi. Məqsəd aydın idi - əfqan heroinin həbsxanalara ixracı üçün Ədliyyə Nazirliyinin timsalındakı maneəni aradan qaldırmaq.

Diqqət yetirin, Antixristi yeni cinayətlərə ruhlandıran alçaqlıq və məkr hansı həddə çatmışdı. Faşist hətta uduzanda və reabilitasiyaya, dirçəlməyə heç bir şansı olmayanda da adamları həbsə atmaqda, öldürməkdə və yeni cinayətlər törətməkdə davam edirdi.

Bütün 2015-ci il Eldar Mahmudovun siyasi faşizminin kölgəsində keçdi. Ölkədə bütün şər əməllər bu adla bağlı idi. Və bu şər ölkəni dərin uçuruma çəkirdi. Bu, sadəcə olaraq qeyri-adi xoşbəxtlikdir ki, ilin sonuna doğru prezident hər halda ölkəni sözün əsl mənasında uçurumun kənarından xilas edə bildi.

Daha bir addım və biz hamımız dibi görünməyən uçuruma yuvarlanardıq. Həmin Suriyanın gözlərimiz önündə baş verməkdə olan əzabları da təsdiq edir ki, bizim bu cür dibsiz uçuruma yuvarlanmağımız sonsuz ola bilərdi.

Antixristin ölümü ötən ilin əsas hadisəsidir. Biz dərindən inanırıq ki, Mahmudov başa çatan ilin baş qəhrəmanı və anti-qəhrəmanıdır. İlin birinci yarısında hakimiyyət, dövlət və cəmiyyət MTN-in cinayətlərinin nəticələri ilə mübarizə apardı. İkinci yarısında isə cinayətkar qruplaşmanın özü ilə...

Azərbaycan katarsisi yaşadı. Qaranlıq, çətin və əzablı günləri işıqlı, təmiz, isti yaşamla əvəz edən həyəcan qaynadı. Bu həyəcanla biz Yeni ili qarşılayırıq! Yeni iliniz mübarək, Antixristə qalib gələnlər!
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Elşad Xose həddən artıq məsuliyyətsizdir"

29 İyun 2017 20:12

Dünyanın ən qoca qızı 17 yaşında öldü - FOTO

29 İyun 2017 20:12

Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başlayıb

29 İyun 2017 20:12

“Tank qatili”nin pozduğu DOSTLUQ, bir il sonra məhv olacaq “DÖVLƏT”... – GÜNÜN SİYASİ XÜLASƏSİ

29 İyun 2017 20:03

Gənc Tamaşaçılar Teatrı 89-cu mövsümünə yekun vurub -

29 İyun 2017 19:58

Zaur Kamaldan dəniz görüntülərini tənqid edənlərə CAVAB - VİDEO

29 İyun 2017 19:57

İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

29 İyun 2017 19:57

Avropa Yayım Birliyi Ukrayna İctimai Televiziyasını cərimələdi

29 İyun 2017 19:53

Çavuşoğludan münaqişələrin qarşısının alınması ilə bağlı ÇAĞIRIŞ

29 İyun 2017 19:52

Moskvada erməni pedofil tutulub

29 İyun 2017 19:47

Sabah bu ərazilərdə qaz olmayacaq

29 İyun 2017 19:43

İyirmi dörd ildən çoxdur ki, əsgərlərə sovqat aparan Arif baba

29 İyun 2017 19:42

Bakıda bazar iqtisadiyyatında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu mövzusunda seminar keçirilir

29 İyun 2017 19:37

Demet Akalın əri ilə birgə aparıcılıq edəcək

29 İyun 2017 19:37

260 qonaq, 300 mühafizəçi... -

29 İyun 2017 19:37

"Barselona" səfərdə bu forma ilə oynayacaq - FOTO

29 İyun 2017 19:32

Gənc Tamaşaçılar Teatrı 89-cu mövsümünə yekun vurub

29 İyun 2017 19:27

Batareyasız telefon yaradıldı

29 İyun 2017 19:27

Yaşasaydı, 42 yaşı olacaqdı - Oğlu Hüseyn Dəryanın məzarını ziyarət etdi - FOTO

29 İyun 2017 19:22

Sən demə, ac qalmaq xərçəngin QARŞISINI ALIRMIŞ

29 İyun 2017 19:18

Moskva ilə bağlı QORXUNC PROQNOZ

29 İyun 2017 19:17

ABŞ və Azərbaycan İmişli rayonunda tibbi xidmətləri təkmilləşdirir

29 İyun 2017 19:17

Neft buruqlarının ətrafını zibilliyə çevirdilər

29 İyun 2017 19:13

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

29 İyun 2017 19:13

Murad Dadaşov "Maşın" şouda onu şok edən məqamlardan danışdı

29 İyun 2017 19:12

43 yaşında Çempionlar Liqasında oynadı - FOTO

29 İyun 2017 19:12

ETSN Ramana qəsəbəsində məişət tullantılarının çoxalması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət edib

29 İyun 2017 19:07

"Real" gənc ulduzunu bu kluba satır

29 İyun 2017 19:07

Bakının bu hissəsində qaz olmayacaq

29 İyun 2017 19:05

Ölümcül silahlar Rusiyaya tuşlanacaq: ABŞ-dan Moskvaya SON ZƏRBƏ

29 İyun 2017 19:03

Yasamal, Sabunçu və Binəqədi rayonlarının qaz təchizatında məhdudiyyət olacaq

29 İyun 2017 19:02

"Evinin "oboy"u cırıqdır" - Sevdanı lağa qoydu

29 İyun 2017 18:57

Miqrant avtobusun altında 250 km yol qət edərək Avropaya çatdı - VİDEO

29 İyun 2017 18:52

Üzeyir Mehdizadə PEŞMAN OLDU: “Gecikmişəm” - MÜSAHİBƏ

29 İyun 2017 18:48

"Mercedes"in geri çağırdığı avtomobillər Azərbaycana gətirilib? - AÇIQLAMA

29 İyun 2017 18:42

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib

29 İyun 2017 18:42

Braziliyalı futbolçu "Qalatasaray"da

29 İyun 2017 18:42

Evsiz qalan ahıl qadın üçün yeni ev tikilir - QUSARDA

29 İyun 2017 18:39

Çempionun vurulduğu yerdə piyada keçidi niyə yoxdur? - AÇIQLAMA

29 İyun 2017 18:38

Polis rəisi sakinin evini təmir etdirib

29 İyun 2017 18:37

"Mən Vətən yolunda şəhid olmağa gedirəm" - Talış yüksəkliyində həlak olan xüsusi təyinatlı - FOTO

29 İyun 2017 18:37

Beytulla Hüseynov MTN generallarının məhkəməsində deyilənləri TƏKZİB ETDİ

29 İyun 2017 18:34

Zibillərdən geyim kolleksiyası - VİDEO

29 İyun 2017 18:33

“Brexit” Avropa İttifaqının büdcəsində kəsr yaradıb

29 İyun 2017 18:32

Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt

29 İyun 2017 18:32

Manatın sabaha olan məzənnəsi

29 İyun 2017 18:29

S.Bəhlulzadə adına Mədəniyyət Sarayında "Anamın məktubu" tamaşasının təqdimatı keçiriləcək

29 İyun 2017 18:27

Körpü çökdü: 2 nəfər öldü - VİDEO

29 İyun 2017 18:23

"Bəs harada öpüşək?"

29 İyun 2017 18:22

Bakı Zooparkına yeni heyvanlar gətiriləcək

29 İyun 2017 18:22