Marketlər alıcıları necə aldadır?

Marketlər alıcıları necə aldadır?
20:47 31 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Manatın ucuzlaşmasından sonra ərzaq və geyim malları mağazalarında qiymət artımı müşahidə olunur. Bəzi hallarda isə mağazalar alıcıları aldadır. Belə ki, malların üzərinə qeyd edilən qiymətlə kassa çekindəki qiymətlər fərqlənir. Yəni, kassada mal baha qiymətlə hesablanır. Bu barədə "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov bildirib.

Milli.Az gecce.az-a istinadən bildirir ki, mağazalar yoxlama qorxusundan piştaxtalarda aşağı qiymət göstərirlər.

Onun sözlərinə görə, manatın ucuzlaşmasından sonra qiymətlərdəki belə aldatma halları ilə bağlı "Azad İstehlakçılar Birliyi"nə gün ərzində 15-20 müraciət daxil olur. Mağaza sahibləri bunu əsasən aparılan yoxlamalara görə belə edirlər.

Belə ki, süni qiymət artımına qarşı yoxlama aparan dövlət qurumları əsasən piştaxtalardakı qiymətlərə diqqət yetirirlər.Amma kompyuterdə olan malların qiymətlərinə nəzər yetirilmir. Bu isə mağaza sahiblərinə malları istədikləri qiymətə satmağa fürsət yaradır.

Məsələn, müraciətlərin birində deyilir ki, istehlakçının "ZARA" mağazasından aldığı geyimin üzərində göstərilən qiymətlə kassada vurulan çek arasında 8 manat fərq olub. O bildirib ki,məsələ ilə bağlı aidiyyatı qurumlarına müraciət edilib. Eyni zamanda belə halla qarşılaşan alıcı dərhal 195-2 nömrəsinə zəng vura bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/394564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR