İŞİD: "Dərbənd gülləbaranını biz etdik"

İŞİD: "Dərbənd gülləbaranını biz etdik"
21:12 31 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

"İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması Dərbəndin "Narın-Qala" istirahət mərkəzində 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Milli.Az modern.az-a istinadən bildirir ki, bu haqda terrorçuların İnternetdəki fəaliyyətinin monitorinqini aparan SİTE İntelligence qruplaşması məlumat yayıb.

"Allahın köməyi ilə Xəlifənin döyüşçüləri Dağıstanın cənubundakı Dərbənd şəhərində Rusiyanın xüsusi xidmət orqanının bir zabitinin öldürülməsi və digərlərinin yaralanması ilə nəticələnən hücum həyata keçirib", - qrup İŞİD-in yaydığı məlumata istinadən bildirib.
Dekabrın 29-dan 30-na keçən gecə "Narın-Qala"da bir qrup adama atəş açılıb. Nəticədə "Yaraq-Qazmalar" hərbi hissəsinin 24 yaşlı qulluqçusu Semen Sporışev ölüb, 11 nəfər yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR