Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Kökəlmək istəmirsinizsə, Yeni il süfrənizə bu qidaları düzün

Kökəlmək istəmirsinizsə, Yeni il süfrənizə bu qidaları düzün

Date: 31 December 2015 21:47

Yeni ilə mədə problemləri, qəbzlik, ürək bulanması şikayətləri və kalorilərlə girmək istəmirsinizsə, Yeni il gecəsi yeyəcəyiniz qidalar mövzusunda idarəli davranmanız lazımdır. Yeni il gecəsi qidalanmanız və həyat tərzinizə diqqət edəcəyiniz bir neçə nöqtə var. Onlara riayət etsəniz, artıq çəkiyə qarşı tədbirlər görə bilərsiniz.

Milli.Az lent.az-a idtinadən tövsiyələr təqdim edir.

Məşq edin və xilas olun

Yeni il gecələrinin əsasını əlbəttə ki, müxtəlif təamlarla bəzədilmiş süfrələr tutur. Xüsusi hazırlanan süfrələr bayram günləri daha da zənginləşir. Bu isə özü ilə bərabər həzmsizlik, mədə problemləri gətirir. Buna görə də yeni il süfrələri üçün hazırlıq dekabrın 31-dən başlanmalıdır. Günə yüngül bir səhər yeməyi ilə başlamaq yaxşı olar. Gün ərzində yanında bir dilim çörək olan salat və ya tərəvəz yeyə bilərsiniz. Gün ərzində 40-45 dəqiqə yüngül idman hərəkətləri də sizi axşama hazırlamaq üçün yaxşı vasitədir. Bu məşqlər axşam alınacaq kalorilər üçün hazırlıqdır.

Həm qarnınız doysun, həm də mədəniz yorulmasın

Sözsüz ki, süfrənizdə cürbəcür salatlar olacaq. Mövsüm salatları isə süfrənizin bəzəyi olacaq. Yeni il süfrəsində toxluq hissi yaratması üçün və səhəri gününüz ağır keçməsin deyə salatlara üstünlük verə bilərsiniz.

Sağlam və ləzzətli hinduşka əti

Hinduşka əti süfrələrinizdə qırmızı ətin yerini tuta biləcək və az xolesterollu qidadır. Hinduşka əti sevməyənlər onun yerinə balıq, toyuq kimi ağ ət yeyə bilərlər. Balığı isə sobada bişirərək və şüyüdlə bəzəyərək süfrəyə qoya bilərsiniz. Salatlarınızda da toyuq tikələrinə yer verin.

Yeni il süfrənizdə qızartma, qovurma kimi ağır və yağlı yeməklərin yerinə təzə pendir, qaynadılmış tərəvəzlərlə hazırlanmış salatlara üstünlük verə bilərsiniz. Plovlardan isə pomidorlu bulğur plovuna üstünlük verin. Süfrənizdə olan bütün təamlardan dadmaq istəyirsinizsə, hərəsindən bir qaşıq və ya bir çəngəl ağzınıza qoya bilərsiniz. Süfrədə qatığın olması isə ideal seçimdir.

Şirniyyatsız yeni il gecəsi olmaz

Əgər yeni il gecəsini içkisiz təsəvvür etmirsinizsə, kalorisi aşağı olan şampan, şərab və ya pivəni seçin. İçki ilə quru çərəzlər də yemək istəyirsinizsə, bunu yeməkdən bir saat yarım əvvəl edin və bir ovuc qədər qarışıq çərəz dadın. 2-3 qoz, 5-6 badam, 5-6 fındıq və bir az qurudulmuş yemiş dənəsi Yeni il gecəsi üçün kifayətdir. Yeni il gecəsi çörəkdən uzaq dursanız, daha yaxşı olar.

Yeməkdən bir saat sonra xüsusən qlisemik indeksi aşağı olan meyvələrdən hazırlanmış bir qab dilimlər yeyin. Bu meyvə qarışığının arasında 2 dilim ananas və 1 banan sizə xoşbəxtlik hormonu bəxş edəcək və yorğunluğunuzu çıxaracaq.

1 yanvardan etibarən hərəkətinizi artırın, qida seçimlərinizi planlayın

Açıq havada 35-40 dəqiqə yüngül qaçışla məşğul olun. Səhər yeməyində 1 ədəd yağsız tost, qəlyanaltıda 1 stəkan süd və 1 ədəd alma, günorta 1-2 dilim taxıl çörəyi, ağ pendirli salat, 1 stəkan ayran, ikinci qəlyanaltıda 1 stəkan təzə sıxılmış portağal suyu, axşam yeməyində 1-2 dilim qızardılmış çörək, qaynamış ispanaq, 1 kasa qatıq və salat yeyin.

Milli.Az


Tags:  Kökəlmək istəmirsinizsə Yeni il süfrənizə bu qidaları düzün

RƏYLƏR


Top news