Suriyada prartlayış: 5 erməni öldü

Suriyada prartlayış: 5 erməni öldü
22:42 31 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada partlayış nəticəsində 16 nəfər həyatını itirib.

Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə nəticəsində həyatını itirən suriyalılardan 5 nəfəri ermənidir.

Bu barədə Ermənistan mətbuatı Suriyadakı erməni katolik icmasının nümayəndələrinə istinadla məlumat yayıb. Partlayış Suriyanın şimal-şərqində Qamışlı şəhərinin mərkəzində 3 ayrı yerdə törədilib.

Bundan əvvəl bir neçə dəfə Suriyanın erməni əhalisinin və hərbçilərinin öldürülməsi barədə məlumatlar yayılıb. 2013-cü ildə Dəməşq şəhəri yaxınlığında müxalifət döyüşçüləri ilə Suriya ordusu arasında baş verən silahlı toqquşmada 1, 2014-cü ildə Hələb şəhərində 2 erməni öldürülüb.
Münaqişədən əvvəl Suriyada 100 min erməninin yaşadığı məlum idi. Amma Suriyada hərbi əməliyyatlar başladıqdan sonra onların əksəriyyəti ölkədən qaçaraq Ermənistana sığındılar.
BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının (UNHCR) son açıqladığı məlumatda bildirilir ki, azı 15 mindən çox Suriya ermənisi Ermənistanda yerləşdirilib. Onlar Ermənistanın və Azərbaycandan işğal olunmuş Dağlıq Qarabağın ərazisində məskunlaşdırılırlar.
Ermənistan höküməti Suriya qaçqınlarına ölkə pasportlarını hətta pulsuz paylayır. Onlar Hələb, Kessab, Qamışlı, Kobani və Dəməşqdə yaşayırdılar. İndiyə qədər şəhər uğrunda gedən döyüşlərdə 40-dan artıq erməni öldürülüb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR