Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kamışlıda partlayışlar, 10 ölü

Kamışlıda partlayışlar, 10 ölü

Date: 31 December 2015 22:47

Suriyanın Kamışlı şəhərində bir-birinin ardınca üç partlayış baş verib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, partlayışlar ticarət obyektləri və restoranların yerləşdiyi küçədə törədilib.
 
İlkin məlumata əsasən, hadisə nəticəsində azı 10 nəfər ölüb, çox sayda yaralıların olduğu bildirilir.
 
"Əl-Mayadin" telekanalı xəbər verir ki, terror aktları törədilən ərazinin yaxınlığında daha bir partlayıcı qurğu aşkar edilib. Bir sıra Suriya KİV-lərinin məlumatına əsasən, restoranlardakı  partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.
Milli.Az


Tags:  Kamışlıda partlayışlar 10 ölü


RƏYLƏR


Top news