ABŞ-İran anlaşması pozuldu

ABŞ-İran anlaşması pozuldu
23:12 31 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani ölkənin müdafiə naziri Hüseyn Dehqana milli raketqayırma proqramını davam etdirməyi tapşırıb.
Milli.Az İRNA-ya istinadən bildirir ki, bu qərar İran prezidentinin "Tehranın müdafiə qüdrətini artırimaq hüququna ABŞ-ın kobud, qanunsuz mldaxilə etməsi və ABŞ-ın İrana qarşı düşmənçilik siyasəti yürütməsi ilə bağlı" reaksiyasıdır.
Dünən bəlli olub ki, ABŞ-ın hakimiyyəti dairələri İranın raket proqramı ilə əlaqəli olan 10 şəxsə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşırlar.
Rəsmi Tehran bu qərarı "qanunsuzluq və özbaşınalıq" adlandırıb.

Birləşmiş Ştatların saknsiyalarının "hədəə"ləri arasında Dubaydakı "Mabrooka Trading Co.", bu şirkətin Honkonqdakı törəmə firması olan "Anhui Land Group Co." və sözügedən şirkətlərin sahibi Hüseyn Purnaşbənd var.
H.Purnaşbəndlə şirkətləri İran üçün karbohidrogen liflər almaqda suçlanırlar. Bu liflərdən raket texnikasında istifadə olunur.
Siyahıda İranın Müdafiə Nazirliyindəə çalışan və ballistik raket proqramının material təminatı ilə məşğul olan 5 məmur da var.
Qərar reallaşarsa İranın nüvə proqramı ilə bağlı iyulda əldə olunmuş razılaşmadan sonra Tehrana tətbiq ediləcək ilk sanksiya olacaq.
İranın Şimali Koreyadan aldığı "Rodonq" raketi əsasında yaratdığı "Shahab 3/3B" ballistik raketi 2 min kilometr uçun məsafəsinə malikdir.
Bu raketlər İrana İsraili və ABŞ-ın Yaxın Şərqdəki bazalarını vurmağa imkan verir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR