Dubayda məşhur otel yanır - VİDEO - FOTO

Dubayda məşhur otel yanır - VİDEO - FOTO
23:27 31 Dekabr 2015
157 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən hündür binası olan "Burc Xəlifə"nin yanında yerləşən "Address Downtown" otelində yanğın baş verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, yanğın 63 mərtəbəli otelin 20 mərtəbəsini əhatə edib.

Artıq bütün müştərilər oteldən çıxarılıb və yanğının qarşısını almaq üçün bütün qüvvələr səfərbər olunub.

Qeyd edək ki, Dubay sakinləri yeni ili qarşılamaq üçün ənənəvi olaraq otelin ətrafında bir araya gəlirmişlər. 

"Address Downtown" oteli, eyni zamanda ticarət mərkəzi kimi fəaliyyət göstərir.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR