Ronaldo Yeni il gecəsini onunla keçirmək üçün otelə 2,400 avro ödəyib

Ronaldo Yeni il gecəsini onunla keçirmək üçün otelə 2,400 avro ödəyib
23:46 31 Dekabr 2015
563 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur futbolçu Ronaldo Kriştiano Yeni ilini Mərakeşdə hollandiyalı kikboksçu Badr Hari ilə keçirəcək.

ANS PRESS-in xarici KİV-lərə istinadən veridiyi məlumata görə, dekabrın 25-də Ronaldo Milad bayramını anası və 5 yaşlı oğlu ilə birgə keçirib. Yeni ilini isə o, Mərakeşə gedərək, mərakeşli dostu Badr Hari ilə keçirmək fikrindədir. Futbolçu artıq Mərakeşdə yerləşən "The Pearl Marrakech" dəbdəbəli otelində bir gecəyə 2,400 avro pul ödəyərək yer də sifariş verib.

Məlumatlarda iki dostlarla bərabər "Real Madrid" komandasının fransız futbolçusu Karim Benzemanın olduğu da deyilir. Ümumiyyətlə, bu il Mərakeşdə dünya futbolçularından Neymarın və "Bavariya" futbol klubunun baş məşqçisi Pep Guardiolanın olacağı xəbərləri də sosial şəbəkələrdə yer alıb.


Yeni ili Mərakeşdə keçirən məşhur futbol sahəsinin nümayəndələri


Bu il Məşhur futbolçu Ronaldo Kriştiano və kikboksçu Badr Hari haqqında xoşagəlməz xəbərlər yayılıb. Fransanın "Touche" televiziya şousunda aparıcı Daniel Riolo dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ilə hollandiyalı kikboksçu Badr Harinin sevgili olduqlarını bəyan edib.


Badr Hari - kikboksçu və Kriştiano Ronoldo - futbolçu


"Ronaldo və Hari öz səmimi dostluqlarını heç kəsdən gizlətmirlər. Birlikdə şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşırlar. Hətta, bir dəfə şəkillərin altından "yeni cütlüklər" yazısı ilə hərəkətlərini daha aydın şəkildə cəmiyyətə çatdırırlar", - deyə aparıcı əlavə edib.


Badr Harinin instaqram səhifəsində paylaşdığı foto


Daniel Ronaldonun rusiyalı model İrina Şeykdən də elə bu səbəbdən ayrıldığını vurğulayıb. Aparıcı deyir ki, Kriştina tez-tez öz şəxsi helikopteri ilə Şimali Afrika gedərək kinkboksçu ilə görüşür.

Aparıcı iddia edib ki, futbolçu həftədə 3-4 dəfə Hari ilə görüşmək üçün Avropadan Mərakeşə yola düşür. O, gecə gedir, səhər isə geri qayıdır. O, bu uçuşlara indiyənədək 21 milyon dollardan çox pul xərcləyib.


Daniel Riolo - aparıcı


Kriştiano Ronaldo - Real Madrid futbol klubunun oyunçusu və Portuqaliya yığmasının kapitanı olan portuqaliyalı futbolçusudur. Ronaldo karyerasına gənc oyunçu kimi Andorinha klubunda başlayıb. 2 ildən sonra C.D. Nasional klubuna keçib. Ronaldo 2007-ci ildə ilin ən gənc, yaxşı futbolçusu mükafatını alıb. 2008 və 2013-cü illərdə Qızıl top mükafatını qazanıb.

Portuqaliyalı futbolçu 2010-cu ildən 2015-ci illərədək rusiyalı model İrina Şeyk ilə sevgili olub, ondan bu ilin əvvəlində yaxınlarda ayrılıb. İrina ilə 5 illik sevgili olduğu müddəti futbolçu, həyatının uğursuz dövrü adlandırıb.


Kriştiano Ronaldo və İrina Şeyk

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR