İlham Əliyev xalqı təbrik etdi

İlham Əliyev xalqı təbrik etdi
00:16 1 Yanvar 2016
124 Digər
Ölkə mətbuatı
A- A+

İlham Əliyev Efiopiya və Nepal prezidentlərini təbrik etdi (27 May 2017 15:58)
Azərbaycan Prezidenti Efiopiya və Nepal dövlət başçılarını təbrik edib (27 May 2017 15:57)
İlham Əliyev Efiopiya və Nepal prezidentlərini təbrik edib (27 May 2017 15:57)

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. ANS PRESS-in məlumatına görə, təbrikdə deyilir:

Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

2015-ci il arxada qalır. 2015-ci ildə yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi.

Bütün bunlara baxmayaraq, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edək, ölkəmizin dinamik inkişafına nail olaq. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və yaşayacaqdır. Eyni zamanda, 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə apardığımız siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq.

Ancaq təbii ki, bizim gəlirlərimiz kəskin şəkildə azalmışdır, milli valyutamız manat devalvasiyaya uğradı. Ancaq yenə də biz çalışırdıq, çalışırıq və çalışacağıq ki, bu vəziyyət insanların yaşayış səviyyəsinə təsir etməsin. Xüsusilə istehlak qiymətlərinin sabit saxlanması bizim əsas vəzifəmizdir.

Bu il “Kənd təsərrüfatı” ilidir. Şadam ki, kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Bütövlükdə götürəndə bizim iqtisadi sahədə apardığımız siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük və tarixi nailiyyətdir. Bu, onu göstərir ki, biz düzgün siyasət aparırıq və gələcəkdə, əlbəttə, Azərbaycan xalqının maraqlarını daim təmin edəcəyik.

Azərbaycanda sosial məsələlər öz həllini tapır. Baxmayaraq ki, gəlirlərimiz kəskin şəkildə azalmışdır, bir dənə də olsun sosial proqram təxirə salınmadı. Bütün sosial layihələrimiz icra edilmişdir. Bu da siyasətimizin mahiyyətini, yəni, mənasını göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır.

2015-ci ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Mənim xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu bir daha təsdiqləyir. 2015-ci ildə rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdə olmuşam, 20 xarici səfər həyata keçirmişəm və bu il Azərbaycanda 15 dövlət və hökumət başçısı rəsmi və qeyri-rəsmi səfərlərdə olmuşlar.

Eyni zamanda, bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Çünki biz müstəqil siyasət aparırıq. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq. Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir və ölkəmizin beynəlxalq nüfuzunu qaldırmaqdır.

Sizi əmin edirəm ki, 2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir.

Xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin.

Bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar.

Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

Buna nail olmaq üçün əlbəttə ki, diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır və biz bunu yaradırıq. Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

2015-ci ildə düşmənin bütün təxribatlarına tutarlı cavab verilmişdir. Düşmənə sarsıdıcı zərbələr endirilmişdir və döyüş meydanında yaranmış vəziyyət bir daha bizim üstünlüyümüzü göstərir. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq öz prinsipial mövqeyimizdən dönməyəcəyik və lazım olarsa hərbi gücdən istifadə etmək bizim suveren hüququmuzdur.

2015-ci ildə də məcburi köçkünlərin problemləri öz həllini tapıb. Hər il minlərlə köçkün yeni evlərə, mənzillərə köçürülür. Bu siyasət gələn il də davam etdiriləcəkdir.

2015-ci ildə enerji sahəsində önəmli addımlar atılmışdır. TANAP layihəsinin icrası başlamışdır. Artıq TANAP layihəsinin həyata keçirilməsi reallıqdır. Burada Azərbaycan tərəfdaş ölkələrlə çox mühüm rol oynayır, böyük işlər aparır. TANAP layihəsinin əsas səhmdarı və əsas investoru Azərbaycandır. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdıraq və beləliklə, ölkəmizin siyasi və iqtisadi maraqlarını daha dolğun şəkildə təmin edək.

Bu il nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı çox ciddi işlər aparılmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallaşır. Çindən, Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanan yeni “İpək Yolu” layihəsi reallaşır və burada Azərbaycanın rolu kifayət qədər önəmlidir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün Azərbaycan konkret addımlar atır. Əminəm ki, bu layihə də uğurla reallaşacaq və beləliklə bundan sonra – bu iki mühüm layihə reallaşandan sonra Azərbaycan dünya miqyasında əvəzolunmaz tranzit ölkəsinə çevriləcəkdir. Bu, nə deməkdir, bunu izah etməyə ehtiyac yoxdur.

Bu il tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan burada da öz gücünü göstərdi. Altı mindən çox idmançı, minlərlə qonaq ölkəmizə gəlmişdir və ölkəmizin reallıqları ilə özləri tanış ola bilmişdir. Avropa Oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Avropa Oyunları Azərbaycan dövlətinin təntənəsidir. Eyni zamanda, Azərbaycan idmanının təntənəsidir. Çünki bizim idmançılarımız, milli komandamız 56 medal qazanaraq, - onlardan 21-i qızıl medaldır, - komanda hesabında ikinci yerə layiq görülmüşdür. Bu, doğrudan da ölkəmizin böyük zəfəridir və hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, biz bu uğura imza ata bilmişik.

2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin inkişafı üçün çox önəmli hadisə idi. Parlament seçkiləri şəffaf, ədalətli keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər bunu qeyd etmişlər. Azərbaycan xalqının iradəsi öz əksini tapmışdır. Parlament seçkilərinin nəticələri xalq tərəfindən bizim siyasətimizə verilən yüksək qiymətin təzahürüdür. Mən bunu belə qəbul edirəm.

Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedir və bu, bizim şüurlu seçimimizdir. Xalq-iqtidar birliyi, milli həmrəylik bu gün ən yüksək səviyyədədir.

Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar və Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları bilirlər ki, bu gün Azərbaycan müstəqillik və inkişaf yolu ilə uğurla gedir. Bu gün müstəqil Azərbaycan güclü dövlətdir. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dövlətimizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək.

Mən bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədə güclü zəlzələ baş verib

28 May 2017 06:37

Qocalığa meydan oxuyan Monika - FOTO

28 May 2017 06:32

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

28 May 2017 06:27

"Barselona" baş məşqçini əlidolu yola saldı - VİDEO

28 May 2017 06:13

Mərakeşdə 20 nəfər saxlanılıb - milli təhlükəsizlik səbəbindən

28 May 2017 06:01

Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub

28 May 2017 05:37

Ecazkar Karen və kürən tülkülər - FOTO

28 May 2017 05:32

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37