İran prezidentindən ABŞ-a sərt ittiham

İran prezidentindən ABŞ-a sərt ittiham
01:09 1 Yanvar 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

 İran prezidenti Həsən Ruhani ABŞ-ı İranın daxili işinə müdaxilə etməkdə ittiham edib və ölkənin müdafiə naziri Hüseyn Dehqana göstəriş verib ki, ölkənin müdafiə siyasətləri çərçivəsində var gücü və daha da ciddi formada Silahlı Qüvvələrin ehtiyacı olan bütün növ raketlərin istehsalını davam etdirsin.

 

APA-nın İran bürosunun məlumatına görə, prezident Ruhanin ölkənin müdafiə naziri Hüseyn Dehqana ünvanladığı məktubda bildirilir: “Belə nəzərə çarpır ki, ABŞ hökuməti öz düşmənçilik siyasətini davam etdirir və İranın müdafiə gücünü artırmaq sahəsində qanunsuz müdaxilələr edərək yeni şəxslər və müəssisələrə qarşı sanksiyalar tətbiq etmək istəyir. Lazımdır ki, ölkənin müdafiə siyasətləri çərçivəsində var güc və daha da ciddi formada Silahlı Qüvvələrin ehtiyacı olan bütün növ raketlərin istehsalını daha da sürətlə davam etdirəsiniz.

 

ABŞ belə səhv və müdaxilə edici hərəkətlərini davam etdirərsə, Müdafiə Nazirliyi borcludur ki, bütün imkanlardan istifadə etməklə ölkənin raket gücünü inkişaf etdirmək üçün yeni proqramlar hazırlamalıdır və icra etməlidir. Bildirməliyəm ki, İranın müdafiə gücü regionda təhlükəsizlik və sabitliyin təminatçısıdır və başqalarına qarşı təhlükə deyil.  İranın müdafiə gücünün artırılması  ölkənin ərazi bütövlüyünün, istiqlalının və hakimiyyətinin qorunub saxlanılması, region və beynəlxalq aləmin mənafeyi naminə terrorizm və ifratçılıqla mübarizə məqsədi daşıyır. İran nüvə müzakirələri zamanı heç vaxt ölkənin qanuni hüququ olan müdafiə gücünün artırılması xüsusi ilə raket proqramları ilə bağlı kiminləsə müzakirə etməyib. Bu, İranın qanuni haqqıdır və bu sahədə heç bir məhdudiyyət yoxdur.  Aydındır ki, İranın raket proqramlarının Fəaliyyətlərin Bİrgə Kompleks Planına (JCPOA) heç bir aidiyyəti yoxdur. Elə buna görə də balistik raketlərin istehsalı və inkişaf etdirilməsi proqramı necə ki, heç vaxt nüvə başlıqları daşıma qabiliyyəti ilə layihələşdirilməyib, eləcədə önəmli və standart vasitə kimi ölkənin müdafiə gücünü artırmaq məqsədi ilə  var gücü ilə davam etdiriləcək”.

 

“The Wall Street Journal” qəzeti mötəbər mənbələrə istinadən xəbər verib ki, prezident  Barak Obamanın administrasiyası İranın ballistik raket proqramı ilə bağlı yeni sanksiyaların tətbiqinə hazırlaşır. Sözügedən sanksiyalar 12-dək şirkətə, habelə İran, Honqkonq və Birləşmiş Ərəb Əmirliklərindəki bir sıra fərdi hədəfləyir. Bu şirkət və şəxslər İrana ballistik raketlərin yaradılmasında yardım göstərməkdə şübhəli bilinirlər.

 


ABŞ rəsmiləri deyirlər ki, Maliyyə Nazirliyi iyul ayında İranla dünyanın 6 gücü arasında imzalanmış nüvə sazişinin müddəalarına görə, Tehranın ortamənzilli raketləri ilə bağlı sanksiyalar və qara siyahılar tərtib etmək hüququnu özündə saxlayır.

 


İran rəsmiləri isə bildirirlər ki, ölkənin ali rəhbəri raketlərlə bağlı hər hansı sanksiyalara nüvə sazişinin pozulması kimi baxacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR