Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saatlıda faciə: iki yeniyetməni maşın vurdu

Saatlıda faciə: iki yeniyetməni maşın vurdu

Date: 1 January 2016 01:14

Saatlıda avtomobil 16 yaşlı iki yeniyetməni vurub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə yarısı ilin son saatında Saatlı rayonunun Günəşli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil Günəşli kənd sakinləri, 1999-cu il təvəllüdlü həmyaşıdlar - Lomanov Rəcəb İsrafil oğlu və Bəyimzan Allahverdi İlham oğlunu vurub.

 

Hər iki yeniyetmə ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Onlardan biri cərrahiyə əməliyyatına götürülüb.

 

Piyadaları sürücü özü xəstəxanaya çatdırıb.

 

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Tags:  Saatlıda faciə iki yeniyetməni maşın vurdu

RƏYLƏR


Top news