İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilən "Barselona” - "Betis" matçı meydan sahibləri üçün əlamətdar olub.
ANS PRESS-in məlumatına görə, Leonel Messinin 500-cü matçında Kataloniya təmsilçisi rekorda imza atıb.
Belə ki, Luis Enrikenin yetirmələri bir il ərzində ən çox qol vuran komanda ünvanına sahib çıxıb. Messinin komandası 2015-ci ilin ötən gününə qədər rəqib qapılarından 179 qol keçirib.Buna qədər isə rekord 178 qolla Madrid "Real"ına məxsus idi.
Luis Enrike
Xatırladaq ki, bu qolların 76 faizini Messi, Suares və Neymar vurub. Messi 48, Suares, 47, Neymar isə 41 dəfə fərqlənib.