Səud müftisindən şok İŞİD açıqlaması

Səud müftisindən şok İŞİD açıqlaması
02:36 1 Yanvar 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının baş müftisi Abduləziz bin Abdullah əl Şeyx İŞİD terror qruplaşması barədə şok açıqlamalarla çıxış edib. ANS PRESS-in məlumatına görə, qondarma xəlifə Əbu Bəkr əl Bağdadinin İsrailə hücum edəcəyi barədə and içməsini şərh edən müfti bunun inandırıcı olmadığını bildirib. “Saudi Gazette”yə müsahibə verən baş müfti, İŞİD-in onsuzda İsrail ordusunun bir hissəsi olduğunu iddia edib.

Qruplaşma silahlılarının müsəlman hesab edilməsinin doğru olmadığını deyən əl Şeyx, İŞİD-çilərin İslam xilafətinə qarşı ilk üsyan edən, müsəlmanları kafir elan edən və müsəlmanlarının qanını axıdan xavariclərin davamı olduğunu vurğulayıb.

Bir müddət əvvəl İŞİD lideri Bağdadiyə aid audio müracət yayılmışdı. Müraciətdə terrora qarşı yaradılacaq İslam koalisiyasından danışan Bağdadi, həmin ittifaqın hədəfinin yəhudiləri öldürmək və Fələstini suverenliyinə qovuşdurmaq olacağını demişdi.

“İsraillilər bu yaxında bizi Fələstində görəcəklər. Səlibçilərin bizə qarşı müharibəsi çox davam etməyəcək. İsrail hesab edir ki, biz Fələstini unutmuşuq və diqqətimizdən yayınıb. Biz Fələstini əsla unutmadıq.” – deyə audio müraciətdə deyilmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR