Onu belə görməmişdiniz: diktatorun göz yaşları (FOTO)

Onu belə görməmişdiniz: diktatorun göz yaşları (FOTO)
05:16 1 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreya Xalq Respublikasının diktator – dövlət başçısı Kim Çen ın yenidən dünya mətbuatının gündəminə gəlib. ANS PRESS-in məlumatına görə, Kim Çen ının yaxın dostu və iş yoldaşı, Fəhlə Partiyasının baş katibi 73 yaşlı Kim Yan Qon dünyasını dəyişib. Yan Qonun dekabrın 29-də yerli vaxtla səhər saat 06.15-də keçirdiyi yol nəqliyyat qəzasında öldüyü bildirilir.

Kim Yan Qon üçün keçirilən cənazə mərasimində Şimali Koreya lideri göz yaşlareını saxlaya bilməyib. Kim Çen ının ağladığını əks etdirən fotolar dünya mətbuatına sızıb.



Yaşlı siyasətçinin ölümünü şərh edən Cənubi Koreya “Seconq” araşdırma mərkəzimnin əməkdaşı Çonq Con-Çan bildirib ki, bu qəfil bədbəxt hadisə Seul – Pxenyan münasibətlərinə mənfi təsir edəcək.

Kim Yan Qon 2011-ci ildə dünyasını dəyişiən sabiq diktator Kim Çen ılın dövründən bəri Cənubi Koreya ilə münasibətlərdə Şimali Koreyanın nümayəndəsi kimi vasitəçilik missiyasını yerinə yetirirdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR