Narlı tort

Narlı tort
07:05 1 Yanvar 2016
65 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az "Sofra" dərgisinə istinadən narlı tortun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 st. + 2 qəhvə fincanı nar şirəsi 
1 st. nar dənəsi 
4 yarpaq jelatin 

krem: 

1 st. nar dənəsi 
1 st. süd
1 x.q. un 
1 yumurta
1 x.q. şəkər tozu
2 x.q. "Labne" pendiri
0,5 ç.q. kərə yağı
 
korj:  

3 yumurta
55 q kərə yağı
125 q tünd şokolad (bitter)
4 x.q. şəkər tozu
2 x.q. un
1 paket qabartma tozu
1 çimdik duz

kənarına: 
 
100 q tünd şokolad (bitter)
20 q kərə yağı

üzərinə: 

1 st. nar dənəsi

Krem: süd, un, yumurta və şəkər tozunu qarışdııb ocağın üzərinə qoyun, qarışdıra-qarışdıra qatılaşanadək bişirin. Ocaqdan götürüb "Labne" pendiri ilə kərə yağı əlavə edin. Mikserlə 10 dəqiqə çalın. Nar dənələrini əlavə edib qarışdırın. 

Nar şirəsini bir qabda isidib jelatini içində əridin. Nar dənələri əlavə edib qarışdırın. Yuvarlaq dərin bir qabın içinə qida plyonkası çəkin. Jelatinli qarışığı içinə tökün. Buz dolabında 2-3 saat saxlayın. 

Korj: yumurtaların ağı ilə sarılarını ayırın. Ağlarını şəkər tozu ilə çalın, kərə yağı əlavə edin. Sarılarını ayrıca çalıb ağlara qatın. Şokoladı su hamamında əridib əlavə edin. Un, qabartma tozu və duz qatıb qarışdırın. 

Balaca formaya töküb 170  dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 

Korjun üzərinə ilıq kremi çəkin. Narlı jeleni üzərinə qoyun. 

Tortun çevrəsi uzunluqda perqamentdən şərid kəsin, üzərinə kərə yağı çəkin. Şokoladı su hamamında əridin, perqamentin üzərinə yayın. İlıq olana qədər saxlayın. Kağızdan qopara biləcəyiniz hala gələndə səliqə ilə kağızdan ayırıb tortun ətrafına çəkin, kənarlarına nar dənələri səpin. 

Nuş olsun! 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/394426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR