Prezident və xalqın birliyi 2015-ci ilin uğurlarında

Prezident və xalqın birliyi 2015-ci ilin uğurlarında
08:03 1 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev

2015-ci il Azərbaycan üçün yəqin ki, ən məsuliyyətli, eyni zamanda uğurlu bir il kimi yadda qalacaq. Baş verən bütün proseslərin önündə Azərbaycan Prezidenti İlham Əliyev və xalq dayanır. Məhz bu vəhdətin nəticəsində mühüm qələbələrə, nailiyyətlərə imza atıldı. Təbii ki, çətinliklərimiz də oldu. Bunlara isə mərdliklə dözüm nümayiş etdirildi.

Əsas uğurlar kimi daxili və xarici siyasətdə əldə edilən nailiyyətləri qeyd etmək olar. Burada transmilli enerji və nəqliyyatda meqalayihələrin reallaşdırılması qeyd edilməlidir.
Beynəlxalq arenada da mövqeyimiz möhkəmlənib. Bundan başqa, beynəlxalq təhdidlərə baxmayaraq milli və dövlət təhlükəsizliyi təmin edilib.

İlin siyası səhnəsində ən mühüm məsələ kimi isə Milli Məclisə keçirilən seçkiləri qeyd etmək lazımdır. Bu seçkilərin uğurla keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət və yanaşma müsbət hal kimi dəyərləndirilməlidir.

Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qeyri-neft sektoruna diqqət daha da artırıldı. 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olundu. Bu fəaliyyətdə əsas hədəf isə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək idi.

Azərbaycandan keçən nəqliyyat dəhlizindən səmərəli şəkildə istifadə edərək cevik bir infrastrukturun yaradılması məhz Prezident İlham Əliyevin təşəbbüsüdür. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı tək Azərbaycanın deyil, regionun inkişafı üçün önəmli bir layihədir. Bununla əlaqədar Prezident İlham Əliyevinin Cinə səfəri də çox mühüm əhəmityyət kəsb etdi. Aylarla Asiyadan Avropaya daşınan yüklər artıq Azərbaycan ərazisindən keçməklə sayılı günlər ərzində ünvanına çatdırılır.

Bundan başqa, 2015-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə “Cənub” qaz dəhlizinin yaradılması istiqamətində çox böyük işlər görülüb. TANAP və TAP layihəsi “Şahdəniz II” qazının Avropaya çatdırılması üçün ən mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə layihələr həyata keçirilir.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin dünyada gedən prosesləri düzgün qiymətləndirməsi və vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkə ağır iqtisadi və siyasi çətinliklərdən çıxıb.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin və xalqın digər sahələrdə də sınaqlardan alnıaçıq çıxmasına misal kimi Birinci Avropa Oyunlarının keçirilməsini göstərmək olar. Belə bir miqyasda tədbirin yüksək səviyyədə baş tutması böyük bir qələbədir. Bu qələbədən sonra 2017-ci ildə İslam Həmrəylik Oyunlarına da ev sahibliyi etmək nəzərdə tutulub. Bundan başqa, dövlətimiz tərəfindən Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının Bakıda keçirilməsi mühüm nailiyyətlərdir.

2015-ci ilin yekunlarına nəzər salarkən təəssüflə qeyd etməliyik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş olmadı. Bunun da əsas səbəbi ATƏT-in Minsk qrupunun deklorativ bəyanatları, Ermənistanın destruktiv və təcavüzkar mövqeyidir. Prezident İlham Əliyevin səyləri nəticəsində ordu quruculuğunda xeyli irəliləyişlər baş verdi, Azərbaycan ordusu müasir silah-sursatlarla təmin edildi. Əsas amil isə orduda bu gün əldə olunan məhz qələbə əzmkarlığı və ruh yüksəkliyidir.

Xeyirlə-şərin bir yerdə olmasını başa düşən Azərbaycan xalqı öz Prezidenti ilə bir yerdə bütün neqativ və xoşagəlməz halları da çözdü və mühüm qərarlar qəbul edilməklə öhdəsindən gəldi. Təbii ki, insan itkisi və fəlakət qurbanlarına hərtərəfli mənəvi və maddi dəstək olmaq üçün Prezident İlham Əliyev tərəfindən müvafiq göstərişlər verildi və qərarlar qəbul edildi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərinə nəzər salanda görünür ki, məqsəd dövlətin təhlükəsizliyi, insanların rifahı və ölkənin inkişafıdır.

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və uğurlu siyasət bundan sonra da davam etdiriləcək, birinci dərəcəli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində mühüm addımlar atılacaq, milli təhlükəsizliyin və sabitliyin təmin olunması üçün başlanmış işlər davam etdiriləcək. Ən başlıca vəzifə kimi isə inkişaf və rifah üçün bütün qüvvələr səfərbər ediləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2475879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR