Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vitse-spiker: "Azərbaycanın siyasi, iqtisadi, hərbi sahədə qazandığı nailiyyətlər..."

Vitse-spiker: "Azərbaycanın siyasi, iqtisadi, hərbi sahədə qazandığı nailiyyətlər..."

Date: 1 January 2016 08:32

"Azərbaycan xalqını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2016-cı il münasibətilə təbrik edirəm! Arzu edirəm ki, qarşıdan gələn il bütün dünyadakı vəziyyəti yaxşılığa doğru dəyişməkdə dönüş ili olsun".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

Vitse-spikerin sözlərinə görə, bu gün dünyamızın yaxşı dəyişikliklərə ciddi ehtiyacı var. Azərbaycan da dünya ictimaiyyətinin tərkib hissəsi kimi həm baş verən hadisələrdən narahat olur, çünki proseslərin müəyyən qədər ona təsiri var, həmçinin həmin prosesləri düzgün yola, məcraya yönəltmək istiqamətində öz səylərini də göstərir.

B.Muradova hesab edir ki, Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə qazandığı nailiyyətlər, əldə etdiyi uğurlar təkcə ölkəmizin yox, eyni zamanda bölgənin, Azərbaycanla əlaqəsi olan dövlətlərin problemlərinin də həllinə öz töhfəsini verəcək:

"Ən əsası, bu inkişaf bölgə üçün sabitləşdirici faktor kimi çıxış edir. Doğrudur, əldə etdiyimiz uğurlara rəğmən, müəyyən problemlər də var. Bu problemlər Azərbaycanın daxilindən qaynaqlanmır. Bu problemlər müxtəlif beynəlxalq güclərin öz maraqları naminə yaratdığı çətinliklərdir. Nəticədə bundan digər dövlətlər kimi biz də əziyyət çəkirik. Amma inanıram ki, nə biz, nə də dünyanın digər dövlətləri və xalqları bu çətinliklərə ilişib qalmayacaqlar və yaranmış vəziyyətdən çıxış üçün özlərində güc tapacaqlar. Çünki Azərbaycan ötən əsrin 90-cı illlərin əvvəllərindən başlayaraq çox ağır, çətin dönəmlərdən ləyaqətlə, uğurla çıxmağı bacarıb və problemləri həll etmək iqtidarında olduğunu göstərib. Bu səbəbdən də hesab edirəm ki, bu istiqamətdə çətinlikləri dəf edəcəyimizi söyləməyə kifayət qədər əsasımız, həmçinin siyasi, iqtisadi, hərbi və digər imkanlarımız var. Biz yaranmış çətinlikləri də rahat şəkildə aşacağıq. Buna Azərbaycandakı vətəndaş həmrəyliyi və daxili birliyimiz də şərait yaradacaq. Eyni zamanda, bu günlərdə prezident İlham Əliyev tərəfindən verilən sərəncamlar və yaranmış vəziyyətdən çıxmaq məqsədilə hökumətin nəzərdə tutduğu və qarşıdakı dövrdə elan olunacaq tədbirlər də imkan verəcək ki, Azərbaycan dövləti öz vətəndaşı qarşısında öhdəliklərini uğurla həyata keçirsin, əvvəlki inkişaf tempinə uyğun olmasa da, hər halda gələn ildə müəyyən inkişaf tempi ilə irəliləsin".

İlkin İzzət
Milli.Az


Tags:  Vitse-spiker Azərbaycanın siyasi iqtisadi hərbi sahədə qazandığı nailiyyətlər


RƏYLƏR


Top news