Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobil iki yeniyetməni vurub

Avtomobil iki yeniyetməni vurub

Date: 1 January 2016 08:37

Saatlıda avtomobil 16 yaşlı iki yeniyetməni vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, gecə yarısı ilin son saatında Saatlı rayonunun Günəşli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil Günəşli kənd sakinləri, 1999-cu il təvəllüdlü həmyaşıdlar - Lomanov Rəcəb İsrafil oğlu və Bəyimzan Allahverdi İlham oğlunu vurub.
 
Hər iki yeniyetmə ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
 
Onlardan biri cərrahiyə əməliyyatına götürülüb.
 
Piyadaları sürücü özü xəstəxanaya çatdırıb.
 
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Tags:  Avtomobil iki yeniyetməni vurub

RƏYLƏR


Top news