Məşhurlar 2016-dan nə gözləyir? - SORĞU

Məşhurlar 2016-dan nə gözləyir? - SORĞU
09:17 1 Yanvar 2016
100 Digər
Ölkə mətbuatı
A- A+

"Qarşıdan gələn 2016-cı ildən nə gözləyirsiniz və bu ildə xalqımıza nə arzu edirsiniz?"

Milli.Az bildirir ki, axar.az bu sualla tanınmış sənət adamlarına müraciət edib:
 
Xalq artisti Flora Kərimova yeni ildə torpaqlarımızın qayıtmasını arzu etdiyini deyib:
 
"Mən yeni ildən Qarabağın müjdəsini gözləyirəm. İnşallah, torpaqlarımız qayıdacaq və mən bunu yaşadığım müddətdə görəcəyəm".
 
Xalq artisti Alim Qasımov yeni ildə xalqımıza iş arzu etdiyini bildirib:

"Yeni ilə ağır iş qrafiki ilə başlayacağam. Yanvarda konsertlərimiz olacaq. 2016-cı ildən xalqın bütün nümayəndələrinə iş və can sağlığı arzulayıram".
 
Xalq artisti Faiq Ağayev yeni ildən qələbə dolu günlər gözləyir:
 
"İnanıram ki, bu il xalqımız üçün uğurlu olacaq. Hamı kimi məndə yeni ildən hüzur, sevinc və qələbə dolu günlər gözləyirəm".
 
Müğənni Elza Seyidcahan 2016-cı ilin onun üçün uğurlu olacağını bildirib:
 
"Üzümüzə gələn il meymun ildir, yəni mənim ilim. Allahdan arzu edirəm ki, bu il xalqımıza, dövlətimizə, vətənimizə düşərli olsun. Əsas da can sağlığı olsun. Əgər can sağlığı olacaqsa, ruzi, bərəkətdə olacaq. Arzu edirəm ki, yeni ildə hamı bir-birinə məhəbbətlə yanaşsın".
 
Müğənni Röya Ayxan yeni ildə hər kəsə sülh arzulayır:
 
"Yeni ildən çox şey gözləyirəm. Artıq oğlum məktəbə gedir, planlarımı reallaşdırmışam. Bacımla, qardaşlarımla bağlı arzularımı yerinə yetirdim. 2016-cı ildə hər birimizə barış, sülh arzulayıram".
 
Müğənni Xatirə İslam yeni ildə heç bir uşağın ölməməsini diləyir:
 
"Ən böyük arzum budur ki, bundan sonra uşaqlar ölməsin, müharibələr bitsin. Allah hər kəsə bu yeni ildə bol ruzi və can sağlığı qismət etsin".
 
Xalq artisti Bilal Əliyev yeni ildə bütün çətinliklərin keçəcəyini bildirib:
 
"Əvvəlcə xalqımızı Yeni il vəDünya AzərbaycanlılarınınHəmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm. Hər kəsə demək istəyirəm ki, növbəti ildə müvəqqəti çətinliklər keçəcək. Bütün xalqımıza xoşbəxt həyat, bol ruzi, saf məhəbbət arzu edirəm".
 
Müğənni Zamiq Hüseynov 2016-cı ildə hər kəsə bərəkət arzulayır:
 
"2016-cı ildən ancaq yaxşı günlər gözləyirəm. İnşallah, xalqımız üçün sülh, əmin-amanlıq, mehribanlıq olsun. Hər kəsə ruzi dolu günlər arzulayıram. Onu da deyim ki, mənim üçün 2015-ci il normal keçdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/394593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR