Bu ölkədə son 9 ayda 747 uşaq öldürülüb

Bu ölkədə son 9 ayda 747 uşaq öldürülüb
09:42 1 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Yəməndə martın 26-dan bu günə qədər davam edən daxili müharibələr səbəbindən 747 uşaq həyatını itirib, 1108 uşaq isə yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə UNİCEF-in yayımladığı hesabatda qeyd edilib.
 
Hesabatda 748 uşağın müxtəlif silahlı qruplaşmaların tərkibində döyüşdüyü, 189 uşağın isə müxtəlif qruplaşmalar tərəfindən qaçırıldığı qeyd edilib.
 
Həmçinin bildirilib ki, sözügedən dönəmdə 60 məktəb və 60 xəstəxana hərbi münaqişələr zamanı dağıdılıb.
 
Xatırladaq ki, martın 26-da Səudiyyə Ərəbistanının başçılığı altında koalisiya qüvvələri Yəməndəki husi üsyanını dayandırmaq üçün əməliyyatlara başlamışdı. O gündən etibarən ölkədə qeyri-sabitlik hökm sürür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR