Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ər bayram günü arvadının qanını tökdü (FOTO)

Ər bayram günü arvadının qanını tökdü (FOTO)

Gələn ayın yarısı qeyri-iş günü olacaq - 14 gün (27 Fevral 2017 14:42)
Martda 14 gün iş olmayacaq (27 Fevral 2017 13:58)

Tarix: 1 Yanvar 2016 09:56

Şirvan rayonunda bayram günü qadın əri tərəfindən 9 bıçaq zərbəsinə məruz qalıb.

ANS PRESS-in məlumatına görə, hadisə Şirvan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynova Xanpəri Xanoğlan qızı həyat yoldaşı, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Əsədov Aslan Yaşılxan oğlu tərəfindən bıçaqlanıb.

9 bıçaq zərbəsi alan 21 yaşılı qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə cərrahiyyə əməliyyatına götürülüb.

A.Əsədov hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hazırda məhkəmədə onların boşanma məsələsinə baxılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Teqlər:  bayram günü arvadının qanını tökdü FOTO



RƏYLƏR


Top xəbərlər