Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyanın Türkiyəyə qarşı sanksiyaları güvvəyə minib

Rusiyanın Türkiyəyə qarşı sanksiyaları güvvəyə minib

Date: 1 January 2016 10:51

Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi xüsusi iqtisadi tədbirləri bu gündən güvvəyə minir.

ANS PRESS-in məlumatına görə, yanvarın 1-dən Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub, çarter reyslərini ləvğ edib, eyni zamanda, birtərəfli qaydada vizasız rejimin fəaliyyətini dayandırıb. Rusiya həmçinin öz vətəndaşlarına şirkətlərinə türk vətəndaşlarını işə götürməyə də qadağa qoyub.

Noyabrın 28-də ilk dəfə olaraq Vladimir Putin Türkiyədən gələn məhsullara qadağa qoyub. Bu yalnız meyvə və tərəvəzlərə aid olunub. Bu barədə Rusiya hökumət başçısı Dmitri Medvedevin müavini Arkadi Dvorkoviç mətbuata açıqlama verib.


Arkadi Dvorkoviç - Rusiya Baş nazirinin müavini

Rusiyanın Türkiyəyə sanksiyalar tətbiq etməsi iki ölkə arasında münasibətlərin pozulmasından sonra olub. Münasibətlər isə noyabrın 24-də Türkiyə qırıcı təyyarəsinin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra korlanıb. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Bundan başqa, Rusiya Türkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırır.


İdxalı qadağan edilən türk məhsulları siyahısına toyuq və hinduşka hissələri, pomidor, soğan, gül kələmi, xıyar, portağal, mandarin, üzüm, alma, armud, ərik, şaftalı, gavalı, çiyələk kimi kənf təsərrüfatı məhsulları, həmçinin duz və qərənfillər daxil edilib.

Lakin ötən həftə Rusiya hökuməti sanksiyalara baxmayaraq, "ağ siyahı" tərtib edib ki, o siyahıda adı olan türk şirkətlərinə Rusiya ərazisində işləməyə icazə verilir.

Həmin şirkətlərin siyahısını ANS PRESS sizə təqdim edir.





Türkiyənin Rusiyaya ixrac etdiyi malların ümumi dəyəri 5 milyard 943 milyon ABŞ dolları təşkil edir. Ən çox ixrac məhsulları tekstil, ən az isə kənd təsərrüfatı və heyvandarlıq sahəsini əhatə edir.


Mənbə: Hürriyət

Tags:  Rusiyanın Türkiyəyə qarşı sanksiyaları güvvəyə minib


RƏYLƏR


Top news