Dubaydakı yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Dubaydakı yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
10:57 1 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Dubayda baş vermiş yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır. Milli.Az bildirir ki, bu barədə Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Azərbaycan Respublikasının Dubay əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması məsələsini Dubay əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.

Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR