Yeni ilin ilk saatlarında Türkiyədə terror: ölən var

Yeni ilin ilk saatlarında Türkiyədə terror: ölən var
11:05 1 Yanvar 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün sabitliyin hökm sürdüyü Türkiyənin Diyarbəkir vilayətində yeni ilin ilk dəqiqələrində separatçı PKK terrorçuları aktivləşməyə başlayıblar. Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, komendant saatının davam etdiyi Sur rayonunun müxtəlif yerlərindən silah səsləri gəlməyə başlayıb. Rayon ərazisində vaxtaşırı partlayışlar da baş verib və partlayışın səsi uzaq yerlərdən də eşidilib. Xəbər mənbəyi bildirir ki, terrorçuların silahlarının səsi yeni il münasibəti ilə havaya atılan fişənglərin səsinə qarışıb. 

Şırnak vilayətinin Cizre rayonunda da polislərlə PKK terrorçuları arasında insident baş verib. Atışma zamanı 1 xüsusi təyinatlı polis əməkdaşı şəhid olub, 5 polis isə yaralanıb. Bu, daxili asayişində intensiv gərginliyin yaşandığı Türkiyədə 2016-cı ilin ilk şəhidi olub. İnsident zamanı yaralanan polislər xəstəxanaya çatdırılıb. 

Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR