Dubayda yanğın baş verən oteldə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Dubayda yanğın baş verən oteldə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
11:08 1 Yanvar 2016
63 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 1 yanvar, AZƏRTAC
Dubayda yanğın baş verən oteldə Yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən, vətəndaşlarımız arasında xəsarət alan yoxdur.
Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Dubayda oteldə baş verən yanğınla əlaqədar AZƏRTAC-a açıqlamasında deyib.
H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Dubay Əmirliyindəki baş konsulluğu oteldə baş vermiş yanğında xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması məsələsini Dubay Əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dubayda_yangin_bas_veren_otelde_xesaret_alanlar_arasinda_Azerbaycan_vetendaslarinin_olub_olmamasi_arasdirilir-915772

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR