İki dəfə evli olub boşanan kişi valideynlərinin gözü qarşısında özünü bıçaqlayıb

İki dəfə evli olub boşanan kişi valideynlərinin gözü qarşısında özünü bıçaqlayıb
11:27 1 Yanvar 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatala sakini valideynlərinin gözü qarşısında özünü bıçaqlayıb.

Milli.Az bildirir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, yanvarın 1-i saat 04 radələrində rayonun Əliabad qəsəbə sakini, 1986-cı il təvəllüdlü Aydın Nəzir oğlu Madayev qarının ön divarının kəsilmiş və daxilə nüfuz edən deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.
 
O, əməliyyat edildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Aydın Madayevin yaşadığı evdə baş verib. Aparılan ilin araşdırma zamanı məlum olub ki, Aydın Madayev sərxoş vəziyyətdə, hələlik istintaqa tam bəlli olmayan səbəbdən valideynlərinin gözü qarşısında bıçaqla özünə xəsarət yetirib. Aydın Madayevin iki dəfə evli olub boşandığı bildirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR