​XİN: "Dubayda oteldə yanğın zamanı yaralananlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır"

​XİN: "Dubayda oteldə yanğın zamanı yaralananlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır"
11:27 1 Yanvar 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 yanvar. REPORT.AZ/ Yeni il gecəsi Dubayın 63 mərtəbəli "Address Downtown" otelində baş verən yanğın zamanı, binada Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
"Hazırda Azərbaycanın Dubay Əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub - olmaması məsələsini əmirliyin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır. Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur", - deyə o bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/xi-n-dubayda-otelde-yangin-zamani-yaralananlar-arasinda-azerbaycanlilarin-olub-olmadigi-arasdirili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR