Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əlində fişəng partlayıb, barmağı amputasiya edilib

Əlində fişəng partlayıb, barmağı amputasiya edilib

Date: 1 January 2016 11:37

Tovuz rayon sakini fişəng atmaq istəyərkən xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
 
Kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.
 
Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Əlində fişəng partlayıb barmağı amputasiya edilib

RƏYLƏR


Top news