"Müqavilə müddətini məmnuniyyətlə uzatdım" - Roman Qriqorçuk

"Müqavilə müddətini məmnuniyyətlə uzatdım" -   Roman Qriqorçuk
12:07 1 Yanvar 2016
17 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” baş məşqçi Roman Qriqorçukla müqavilə müddətini uzadıb. Yeni anlaşmaya görə, 50 yaşlı ukraynalı mütəxəssis daha bir il klubumuzda çalışacaq. Yəni əvvəlki müqaviləsi cari mövsümünün sonunda başa çatan Qriqorçuk 2016/17 mövsümündə də “qırmızı-qaralar”a başçılıq edəcək. Onun klubla anlaşması 2017-ci ilin iyun ayında başa çatacaq.


Roman İosifoviç “Qəbələ İK”ya açıqlamasında yeniliklə bağlı fikirlərini söyləyib: “Qəbələ”ylə müqavilə müddətini böyük məmnuniyyətlə uzatdım. Anlaşmanın qalan müddətində komandanın inkişafı üçün yaxşı işlər görmək mümkündür və buna nail olacağımıza inanıram. Mən çox istəyirəm ki, “Qəbələ”ylə daha yüksək səviyyəyə çıxaq. 


Biz qarşımızda duran yüksək məqsədləri görürük. Onu da başa düşürük ki, buna çatmaq üçün çox güclü sistem yaratmalıyıq. Elə bir sistem ki, bunun sayəsində komanda uzun müddət yüksək nəticələr əldə edə bilsin. Əlbəttə, bunun üçün ilk növbədə sabit komandamız olmalıdı. İşlər elə qurulmalıdı ki, nəticə davamlı olsun. Bütün bunları çətin də olsa həyata keçirməliyik. Qarşıya qoyulan əsas məqsədlərdən biri də “Qəbələ”yə tarixində ilk titulu qazandırmaqdı. Əlbəttə, mən bunu çox istəyirəm və istəyimi gerçəkləşdirmək üçün əlimdən gələni edəcəyəm”.


Qeyd edək ki, "Qəbələ" Qriqorçukun rəhbərliyi ilə 2014/15 mövsümündə Premyer Liqada bürünc mükafat qazanıb. Tarixində ilk dəfə avrokuboklarda mərhələni Roman İosifoviçin başçılığı ilə keçən “Qəbələ” Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmuqavil-muddtini-mmnuniyytl-uzatdmquot-t46534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR