Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ruslan Abışov: "Evlənmək istəyirəm"

Ruslan Abışov: "Evlənmək istəyirəm"

Date: 1 January 2016 12:17

“2015 mənim üçün uğurlu il oldu. Qazandığım medalların sırasına daha birini bu il əlavə etdim". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Abışov deyib.

Abışov başa çatan ili belə dəyərləndirib: “Qəbələ”nin ötən mövsüm mükafatçılardan biri olacağı çoxları üçün gözlənilməz olsa da, bunu bacardıq. Komandamız tarixində ilk dəfə avroliqanın qrupunda çıxış etsə də, təəssüf ki, mən həmin oyunlarda meydançaya çıxa bilmədim. Hər zaman iddialı klublarda çıxış etmək istəmişəm və “Qəbələ” bunlar sırasındadı".

Ruslan 2016-cı illə bağlı arzularını da dilə gətirib: "2016-cı ildə qovuşmaq istədiyim arzular çoxdu. “Qəbələ”ylə çempion titulunu, kuboku qazanmaq istəyirəm. Gerçəkləşdirmək çətin olsa da, buna inanıram. İnanıram ki, 2016-cı il hamımız üçün daha uğurlu olacaq. Şəxsi planda əsas istəyim ailə həyatı qurmaqdı. Mənin üçün ən yaxşı istirahət evdə, ailəmin yanında olmaqdı”.(Qəbələ İK)

Fanat.az

Tags:  Ruslan Abışov Evlənmək istəyirəm


RƏYLƏR


Top news