Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qarlı yollar "qanlı yollar"a döndü - FOTO

Qarlı yollar "qanlı yollar"a döndü - FOTO

Date: 1 January 2016 12:27

Son günlər Türkiyədə yaşanan qarlı-şaxtalı hava şəraiti yollarda ağır qəzalara səbəb olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Dilovası rayonu mağistral yolununda 11 avtomabilin toqquşması nəticəsində ağır qəza baş verib. Qəza nəticəsində 30 nəfər yaralanıb, bir nəfər isə həyatını itirib. 

Bu gün səhər 08:30 radələrində baş verən qəza İstanbul nəqliyyatında 2 saat sürən tıxaca səbəb olub.

Belə ki, yağan qar, yağış nəticəsində mikro avtobus sürücüsünün idarəetməni itirərək, avtomobilə çırpılması ilə arxadan gələn avtomobillər də zəncirvari olaraq birbirinə çırpılıb.

Digər belə bir hadisə isəKonyada Aksaray adlanan ərazidə yolun buz bağlaması nəticəsində baş verib. Polis və təcili yardım maşınınında daxil olduğu 11 avtomobilin zəncirvari qəza törətməsi 6 nəfərin yaralanmasına səbəb olub.

11 avtomobilin toqquşması ilə baş verən qəza

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.

Analoji hadisə 29 dekabr tarixində Konyada baş verib. Ağır zəncirvari qəza zamanı 15 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb.

Milli.Az



Tags:  Qarlı yollar qanlı yollara döndü FOTO


RƏYLƏR


Top news