Bu gecə 4 mindən çox insan siqaret səbəbindən ölüb

Bu gecə 4 mindən çox insan siqaret səbəbindən ölüb
12:27 1 Yanvar 2016
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yeni-2016-cı ilin başlaması ilə dünya əhalisinin sayı 7 milyard 391 milyona çatdı. Milli.Az bildirir ki, anspress-in statistik mənbələrə istinadən verdiyi məlumata görə, 2016-cı ildə dünyada 126 000 körpə doğulub. 

Həmçinin 52 min nəfərdən çox insan dünyasını dəyişib. O cümlədən 2016-cı il başladıqdan sonra 10 min nəfərə yaxın insan aclıqdan, 1 600 nəfərə yaxın insan suyun səbəb olduğu xəstəliklər, 300 nəfərə yaxın qadın doğuş vaxtı, 1 500 nəfər QİÇS, 4 445 nəfər siqaretin səbəb olduğu xəstəliklər, 7 300 nəfər xərçənq, 1 000 nəfərə yaxın insan intihar, 1 200 nəfər yol nəqliyyat qəzaları ucbatından ölüb. Ölənlərdən 6 290 nəfəri 5 yaşından kiçik uşaqlardır.

Bu gün dünyada 166 milyondan çox qəzet paylanıb. Sadəcə 2016-cı ildə 222 000 televizor, 1 milyon 800 mindən çox mobil telefon satılıb. Bu müddət ərzində 3 milyard 277 milyondan çox insan internetdən istifadə edib, 74 milyarddan çox e-mail, 1 milyon 500 minə yaxın bloq, 205 milyondan çox twit yazılıb. Virtual axtarış saytı "Google"da 1 milyard 500 milyondan çox axtarış aparılıb. 

Bunlar, 01.01.2016-cı il tarix saat 08.00 qədər olan rəqəmlərdir və bu göstəricilər mütəmadi olaraq dəyişilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR