Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı gənc Berlində keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil edib

Date: 1 January 2016 12:33


Bakı, 1 yanvar, AZƏRTAC
“Prezident təqaüdçüsü” Gənclər Birliyinin rəhbəri Təbriz Raufoğlu Berlində keçirilən “Beynəlxalq mədəni diplomatiya” konfransında iştirak edib.
T.Raufoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, konfrans çərçivəsində sülhün və təhlükəsizliyin qorunmasında mədəni diplomatiyanın rolu və digər mövzularda təşkil olunan panel iclaslarında fəal iştirak edib. Qeyd olunub ki, müzakirələrdə BMT Təhlükəsizlik Şurasının, beynəlxalq məhkəmələrin və qurumların dünyanın müxtəlif regionlarında baş verən konfliktlərə daha çox diqqət ayırmasının vacibliyi, mötəbər təşkilatların bu münaqişələrə ikili standartlardan yanaşdıqları və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rumıniyanın, Latviyanın sabiq prezidentləri Emil Konstantineskunun və Valdis Zatlersin, İsrail Knessetinin, İtaliya Senatının üzvlərinin iştirak etdikləri konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə ətraflı məlumat verilib. Təəssüflə qeyd olunub ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələbləri bu günə qədər yerinə yetirilməyib.
Toplantı çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Serbiyadan olan hakimi Draqolyub Popoviç, İtaliya Senatının vitse-prezidenti Linda Lanzillotta və digər ölkələrdən olan nümayəndələrlə səmərəli görüşlər keçirilib, gənclərlə iş sahəsində fikir mübadiləsi aparılıb.

Tags:  Azərbaycanlı gənc Berlində keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil edib


RƏYLƏR


Top news