Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran Yeni ili bu il də qeyd etmədi - VİDEO

İran Yeni ili bu il də qeyd etmədi - VİDEO

Date: 1 January 2016 12:52

Zəngin və qədim adət-ənənələri olan İranda Yeni il marasimləri rəsmi şəkildə qeyd olunmur.

ANS TV-nin məlumatına görə, buna səbəb kimi iranlılar Yeni ilin qədim adətlərə uyğun olaraq Novruz bayramında keçirilməli və bununlada yazın gəlişinin xəbər verilməli olduğunu hesab edirlər. Amma qeyri- müsəlman insanlar bu günlərdə öz məhələ və küçələrində Yeni il münasibəti ilə bəzədilmiş küknar ağacı qururlar. 

Tehran sakini Elina hesab edir ki, Yeni ildə bütün ailə bir yerə toplaşmalı və bayramı qeyd etməlidirlər.

Statistikaya əsasən İranda 1miliyon nəfərə yaxın qeyri- müsəlman insan yaşıyır ki, onların çoxu Novruz bayramı ilə yanaşı Yeni il mərasimlərini də qeyd edirlər.

Keçən illə müqayisədə ölkədə Yeni ili bayram kimi qeyd etmək marağı artıb. Bəzi ailələr evlərində küknar ağacı qurur və Yeni ilin simvolları ilə evlərini bəzəyir.

Tehran sakini Ehsan Həzrəti deyir ki, indiyə qədər bu Yeni ili bayram kimi keçirtməyiblər. İlk dəfədir ki, qohumları ilə bir yerdə Yeni ili bayram kimi qeyd etməyə hazırlaşırlar və bunun üçün hədiyyələr alırlar.

Bu günlərdə Tehran küçələrindədə qırmızı əbalı və uzun ağ saqqallı Şaxta babaları görmək mümkündür. Şaxta Baba uşaqların diqqətini cəlb edərək bu qeyri -İran ənənəsinə marağı artırır.

Milli.Az


Tags:  İran Yeni ili bu il qeyd etmədi VİDEO


RƏYLƏR


Top news