​Rusiya yanvarın 1-dən Türkiyədən kənd təsərrüfatı və ərzaq məhsulları gətirilməsinə qadağa qoyub

​Rusiya yanvarın 1-dən Türkiyədən kənd təsərrüfatı və ərzaq məhsulları gətirilməsinə qadağa qoyub
12:52 1 Yanvar 2016
155 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 yanvar. REPORT.AZ/ Rusiyada yanvarın 1-dən Türkiyədən bəzi kənd təsərrüfatı və ərzaq məhsullarının gətirilməsinə qoyulan qadağa qüvvəyə minib.
"Report" xəbər verir ki, Rusiya hökuməti tərəfindən təsdiq edilmiş siyahıya görə, quş əti, baş soğan, tomat, gül kələmi və brokkoli, xiyar və kornişon, portağal, naringi, klementin, vilkinq və analoji sitrus hibridləri qadağan edilib.
Həmçinin üzüm, alma, armud, ərik, şaftalı və nektarin, gavalı, göyəm, çiyələk və s. məhsullar da qadağa altına düşüb. Siyahıya təzə qərənfil də daxildir.
Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçevin əvvəllər bildirdiyinə görə, ölkəsi Türkiyənin bitkiçilik məhsullarını Azərbaycan, İran, Özbəkistan, Mərakeş və CAR-ın məhsulları ilə əvəz edə bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-yanvarin-1-den-turkiyeden-kend-teserrufati-ve-erzaq-mehsullari-getirilmesine-qadaga-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR