Böyükşordan və Zığ dairəsindən aeroport istiqamətində avtomobil yolunda sürət həddi aşağı salınıb

Böyükşordan və Zığ dairəsindən aeroport istiqamətində avtomobil yolunda sürət həddi aşağı salınıb
12:58 1 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 1 yanvar, AZƏRTAC
Yağmurlu hava şəraiti ilə əlaqədar Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 kilometr-saatdan 100 kilometr-saata, bir zolaqda 100 kilometr-saatdan 80 kilometr-saata, axırıncı zolaqda isə 80 kilometr-saatdan 60 kilometr-saata endirilib. Eyni zamanda Zığ dairəsi- Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunda isə sürət birinci zolaqda 120 kilometr-saatdan 100 kilometr-saata, ikinci zolaqda 100 kilometr-saatdan 80 kilometr-saata, üçüncü zolaqda isə 80 kilometr-saatdan 60 kilometr-saata qədər azaldılıb.
Hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuksordan_ve_Zig_dairesinden_aeroport_istiqametinde_avtomobil_yolunda_suret_heddi_asagi_salinib-915788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR