​Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

​Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb
13:07 1 Yanvar 2016
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. Çağırış prosesi bir ay davam edəcək.
"Report"un məlumatına görə, sərəncama əsasən, 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Həmin sənədə uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/azerbaycanda-novbeti-heqiqi-herbi-xidmete-cagiris-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR