Xaçmazda şadlıq sarayında bomba həyəcanı

13:21 1 Yanvar 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 30-da Xaçmazdakı Şadlıq saraylarından birinə bomba qoyulması barədə yalan məlumat verən telefon dələduzu tutulub.

ANS PRESS-in məlumatına görə, Xaçmaz Polis Şöbəsininnin (PŞ) növbətçi hissəsinə rayonun Almas şadlıq sarayına bomba qoyulması haqda məlumat daxil olub. Məlumatı özünü Samir Suleymanov kimi təqdim edən şəxs verib.

Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və xəbərin yalan çıxmasından sonra Samir Süleymanov həbs edilib. Xaçmaz PŞ-in müstəntiqi Elxan Allahverdiyevin sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs adını da yalan deyib.

"Yalan məlumat verən şəxsin adı Samir Süleymanov deyil Şamil Suleymanovdu. Sərxoş halda olarkən bu əməli törədən Süleymanov Xaçmazın istənilən yerində partlayis olacağını bildirib."



Saxlanilarkən polisə müqavimət də göstərən 1962-ci il təvəllüdlü Şamil Süleymanovun barəsində artıq Xaçmaz PŞ-da Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb. Qəsdən terrorçuluq barədə səhv məlumat verməni təsbit edən bu maddə ilə Şamil Süleymanovu 5 ildən 8 ilədək həbs cəzası gözləyir.


Saxlanılan şəxsin şəxsiyyət vəsiqəsi


Bomba qoyulduğu iddia edilən şadlıq sarayı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR