Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"2016-cı ildə də Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq"

"2016-cı ildə də Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq"

Date: 1 January 2016 13:32

2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən görüşlər istədiyimiz nəticəni verməsə də, digər konfliktlərin yaranması Qarabağ məsələsinin arxa plana atılmasına imkan verməyib.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı yeniliklərin olacağına ümidlərin itmədiyini deyib: "2016-cı il üçün ümidli olmamıza əsas yaradan mövqeyimizin haqlı, beynəlxalq hüququn, haqqın-ədalətin isə bizim tərəmizdə olmasıdır. Ona görə də ümidimizi heç vaxt itirmirik. Bu məsələnin məhz beynəlxalq hüququn prinsiplərinə uyğun həll ediləcəyinə inanırıq".

B.Muradova qeyd edib ki, 2016-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq.

Vitse-spikerin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində davamlı iştirak etməkdə maraqlıdır: "Dağlıq Qarabağ daim müzakirə olunan, üzərində çalışılan bir problem olaraq qalmaqdadır. Çalışmaq lazımdır ki, bu istiqamətdə aparılan fəaliyyət konkret nəticə versin. Bu il ərzində də istər beynəlxalq təşkilatlarda, istər ikitərəfli münasibətlərdə bir sıra maraqlı hadisələr olub. Həm həmsədrlərin regiona çoxsaylı səfərləri olub, həm də başqa ölkələrdə beynəlxalq təşkilatların tədbirləri çərçivəsində bu məsələlərə ciddi diqqət yetirilib. Prezident İlham Əliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmiliyin" (G20) sammitində iştirak edərkən dünya dövlətlərinin diqqətini bir daha bu məsələyə yönəldib".

Milli.Az


Tags:  2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq


RƏYLƏR


Top news