Amerikalı məşhur aktyor “M.A.S.H” serialının baş qəhrəmanı kimi məşhurlaşan Ueyn Rodcers vəfat edib.
ANS PRESS-in məlumatına görə, aktyor 83 yaşında Los Ancelesdə dünyasını dəyişib.
Tanınmış aktyor uzun müddət ağciyərindəki xəstəlikdən əziyyət çəkib.
Rodcers Priston Universitenin tarix fakultəsini bitirib. Bir neçə uğursuz filmlərdən sonra aktyor 1972-ci ildə "M.A.S.H" serialında çəkilib.
Ueyn Rodcers
Ueyn Rodcers filmdə 3 mövsüm çəkilib. Aktyor müqaviləni pozaraq filmdən uzaqlaşıb. Ueyn Rodcers iqtsadçı olub.
O, iki dəfə evli olub. 2 uşağı və 2 nəvəsi var. Aktyorun Hollivudun şöhrət küçəsində ulduz adı var idi.