Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pakistanda doqquz terrorçu barədə ölüm hökmü verilib

Pakistanda doqquz terrorçu barədə ölüm hökmü verilib

Date: 1 January 2016 14:03


İslamabad, 1 yanvar, AZƏRTAC
Pakistan mətbuatının yaydığı məlumata görə, ölkənin hərbi məhkəməsi terrorçuluqda ittiham olunan doqquz cinayətkar barədə ölüm hökmü verib. Onlarında arasında Taliban hərəkatının üzvü Mohammad Qauri də var. O, 2009-cu ildə Ravalpindi şəhərindəki məsciddə törədilən və 38 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilində ittiham edilir.
Xatırladaq ki, ötən ilin sonunda terrorçuluq və qətl hadisələri törətməkdə ittiham olunan dörd cinayətkar Pakistanın hərbi məhkəməsinin qərarı ilə Xayber-Paxtunxva əyalətinin Koxat şəhər həbsxanasında edam edilmişdi. Onlar 2014-cü ildə Peşavarda hərbi məktəbə hücumda ittiham edilmişdilər. Həmin hücumda 132-si şagird olmaqla 150 nəfər qətlə yetirilmişdi.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Tags:  Pakistanda doqquz terrorçu barədə ölüm hökmü verilib


RƏYLƏR


Top news