Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran ABŞ sanksiyalarına cavabsız qoymadı (FOTO)

İran ABŞ sanksiyalarına cavabsız qoymadı (FOTO)

Date: 1 January 2016 14:06

İran ABŞ-ın tətbiq etdiyi son sanksiyalara cavab olaraq, nüvə proqramını genişləndirir.

ANS PRESS-in məlumatına görə, İran prezidenti Həsən Ruhani raket proqramını genişləndirmək haqqında Müadifiə nazirinə əmr verib.

Prezidentin Müdafiə naziri Hüseyin Dehqana ünvanladığı əmrin mətnində deyilir ki, nə qədər ABŞ kökuməti açıq-aşkar düşmənçilik siyasətini və qanunsuz müdaxilələrini davam etdirir, İran silahlı qüvvələri öz raket potensialını sürətlə və əhəmiyyətli dərəcədə artırmaqda davam etməlidir. Əmrin mətnin İRNA agentliyi yayımlayıb.


Müdafiə naziri Hüseyin Dehqan


Ötən gün “The Wall Street” jurnalında məlumat yayılıb ki, ABŞ Prezident Administrasiyası da Barak Obamanın İranın ballistik raketlər proqramına qarşı Beynəlxalq şirkətlərə və fiziki şəxslərə aid yeni sanksiyalar planını hazırlayır. ABŞ-ın Maliyyə Nazirliyinin qoyduğu məhdudiyyətlər İrandan, Honkonkdan və Birləşmiş Ərəb Əmirliyindən 10-na yaxın şirkət və fiziki şəxsə tətbiq oluna bilər.

Nazirlik İrana raket hazırlamaqda yardım etməkdə, Beynəlxalq terrorizmə dəstək verməkdə və insan hüquqlarının pozulmasında şübhəli bilinən bütün İran şirkətlərinə sanksiyalar tətbiq etmək hüququnu özündə saxlayıb.

Bu gün isə Wall Street jurnalı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları təxirə saldığı haqqında məlumat yayımlayıb.

Tags:  İran ABŞ sanksiyalarına cavabsız qoymadı FOTO



RƏYLƏR


Top news