Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

80 min manatlıq qızıl oğurlayanlar tutuldu

80 min manatlıq qızıl oğurlayanlar tutuldu

Date: 1 January 2016 14:23

Bakı. Trend:

Bakıda evdən oğurluq edənlər tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 24-dən 31-dək olan müddətdə Sabunçu rayonunda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyfdən qapısı sındırılaraq 80 min manat dəyərində qızıl əşyalar oğurlanıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Yevgeniy Şepiya və Xalid Gülməmmədov tutulublar.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  min manatlıq qızıl oğurlayanlar tutuldu

RƏYLƏR


Top news