Bakıda qar yağacaq: ÇOVĞUN xəbərdarlığı

Bakıda qar yağacaq: ÇOVĞUN xəbərdarlığı
14:29 1 Yanvar 2016
152 Sosial
Ölkə mətbuatı
A- A+

Yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

 

Bakıda temperatur gecə 1-3 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti təşkil edəcək. Gecə və səhər yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacaq.

 

Yollar buz bağlayacaq.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR