Bu ildən Azərbaycanda “Yaşıl Kart” sisteminə keçir (VİDEO)

Bu ildən Azərbaycanda  “Yaşıl Kart” sisteminə keçir (VİDEO)
14:51 1 Yanvar 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 1-dən Azərbaycanda “Yaşıl Kart” sistemi fəaliyyətə başlayır.

ANS TV-nin məlumatına görə, ilkin olaraq Azərbaycan İran və Türkiyə ilə bu sistemi tətbiq edəcək. “Yaşıl Kart”ın mahiyyəti ondan ibarətdir ki, siz öz avtomobilinizlə getdiyiniz ölkədə qəza törətsəniz, sizin məsuliyyətiniz sığortalanmış olur. Hazırda ölkənin 11 sığorta şirkətindən “Yaşıl Kart” almaq mümkündür. Amma hələ ki, bu kartı almayanların sərhəddə “sərhəd sığortası”ndan istifadə imkanları qalır.

İcbari Sığorta Bürosunun direktoru Elxan Quliyev isə bildirib ki, bu daha başa gəlir və hər dəfə də sərhəddi keçəndə əlavə vaxt itkisi və vəsait ödəmək zərurəti yaranır. Bu sistemin həyata keçməsini arzulayan isə ən çox fiziki şəxslər və TIR sahibləridir.

“Yaşıl Kart”ın tarifləri maşının mühərrikindən, gedilən ölkədən və verilmə müddətindən asılıdır.

İran və Türkiyəyə gedən minik maşınlarında 1 aylıq və 1 illik tariflər belədir:



Mühərrik artdıqca ödəniş də artır.

Tezliklə, digər ölkələrlə də “Yaşıl Kart” tətbiqinə başlanacaq.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR