Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gənc oğlan valideynlərinin gözü qarşısında özünü bıçaqladı (FOTO)

Gənc oğlan valideynlərinin gözü qarşısında özünü bıçaqladı (FOTO)

Date: 1 January 2016 15:01

Zaqatala sakini valideynlərinin gözü qarşısında özünü bıçaqlayıb.

ANS PRESS-in məlumatına görə, yanvarın 1-i saat 04 radələrində rayonun Əliabad qəsəbə sakini, 1986-cı il təvəllüdlü Aydın Nəzir oğlu Madayev qarının ön divarının kəsilmiş və daxilə nüfuz edən deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.
O, əməliyyat edildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Aydın Madayevin yaşadığı evdə baş verib. Aparılan ilk araşdırma zamanı məlum olub ki, Aydın Madayev sərxoş vəziyyətdə, hələlik istintaqa tam bəlli olmayan səbəbdən valideynlərinin gözü qarşısında bıçaqla özünə xəsarət yetirib. Aydın Madayevin iki dəfə evli olub boşandığı bildirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Analoji hadisə dekabr ayının 2-də Ağstafa rayonu Poylu kəndində baş verib. Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Xəqani Firdovsi oğlu İsgəndərov ailə üzvləri ilə arasında yaranan mübahisə zamanı əsəbləşib və özü-özünə bıçaq zərbəsi endirib.

Xəsarət alan gənc ailə üzvlərinin köməyi ilə dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona qarının daxilə keçən bıçaq yarası diaqnozu qoyulub.

Noyabrın 30-da Gəncə sakini də özünü bıçaqlayıb . Hadisə Kəpəz rayonu ərazisində qeydə alınıb.

Cavad xan qəsəbəsi, Komandirlər küçəsində yaşayan 1987-ci il təvəllüdlü Azər Xalıq oğlu Baxşəliyev qarnının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya çatdırılıb. Azər Baxşəliyev ilkin ifadəsində həyat yoldaşı ilə mübahisə etdiyini, bu səbəbdən də özünü bıçaqladığını deyib.

Tags:  Gənc oğlan valideynlərinin gözü qarşısında özünü bıçaqladı FOTO

RƏYLƏR


Top news