Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni il gecəsi Abbasov barmağını itirdi

Yeni il gecəsi Abbasov barmağını itirdi

Date: 1 January 2016 15:11

Tovuz rayonunda fişəng partladan sakin xəstəxanalıq olub.

ANS PRESS-in məlumatına görə, hadisə Abulbəyli kəndində qeydə alınıb. 1960-cı il təvəllüdlü Münasib Abbasov Yeni il gecəsi fişəng partlatmaq istəyərkən xəsarət alıb. Belə ki, fişənq onun əlində partlayıb və nəticədə Abbasov sol əlindən yaralanıb.

Yaralını dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxananın baş həkimi Mahirə Quliyevanın sözlərinə görə, Münasib Abbasov xəstəxanaya ağır vəziyyətdə gətirilib:

"Xəstə fişəng partladarkən partlayıcı maddə sol əlinin baş barmağını qoparıb. Onun bu barmağı ampulasiya olunub. Hal-hazırda vəziyyəti qənaətbəxşdir", - deyə tibb işçisi bildirdi.

Faktla bağlı araşdırma aparılır.


Tags:  Yeni il gecəsi Abbasov barmağını itirdi

RƏYLƏR


Top news