Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bayram axşamı Tovuzda 4 nəfər zəhərləndi

Bayram axşamı Tovuzda 4 nəfər zəhərləndi

Dəm qazından 24 nəfər zəhərləndi - Bayram günlərində (27 Mart 2017 12:04)
Bayram DƏHŞƏTLƏRİ: 10 nəfər ölüb, 39 nəfər yaralanıb (24 Mart 2017 11:57)
10 nəfər öldü, 39 nəfər yaralandı - Yol qəzaları bayram günlərində xeyli can aldı (24 Mart 2017 11:44)

Tarix: 1 Yanvar 2016 15:16

Tovuz rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mahirə Quliyevanın ANS PRESS-ə verdiyi açıqlamasına görə ikisi bir ailənin üzvi, ikisi isə ayrı-ayrı insanlar olmaqla ümümilikdə 4 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yatırılıb:

"Xəstəxanamıza qida zəhərlənməsi diaqnozu ilə 4 xəstə gətirilib. Onlardan ikisi qohumdur, digər iki nəfər isə ayrı-ayrı insanlardır. Xəstəxanaya gətirilərkən hər 4 nəfərin vəziyyəti ağır olub. Onlara botulizm diaqnozu qoyulub. Xəstələrə dərhal ambulator yardım göstərilərək, evə buraxılıblar", - deyə qurum rəsmisi vurğuladı.

Analoji hal Tovuzda ötən ay da qeydə alınıb. 1 ailənin 2 üzvü pomidor turşusundan zəhərləniblər. Özlərini piss hiss edən ana 39 yaşlı Ruhiyyə Aslanova və onun 20 yaşlı qızı Kəmalə Məmmədova Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Dərhal həkimlər tərəfindən hər iki qadına tibbi yardım göstərilib.

Teqlər:  Bayram axşamı Tovuzda nəfər zəhərləndi



RƏYLƏR


Top xəbərlər