Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Quba-Xınalıq yolu bağlanıb

Quba-Xınalıq yolu bağlanıb

Date: 1 January 2016 15:32

Ölkənin şimal regionuna yağan güclü qar yollarda bir sıra problem yaradıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yolun 32-ci km-dən Xınalıq istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşıb. 6 saylı Yol İstismar Sahəsindən APA-ya bildirilib ki, hazırda ərazidə idarənin canlı qüvvəsi və texnikası işləyir.
 
Çovğunla müşayiət olunan güclü qar təmizləmə işlərini çətinləşdirir.

Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 38
sm, temperatur isə mənfi 13 dərəcə olub. Ümumilikdə şimal regionunun dağlıq ərazilərində 25-38 sm, dağətəyi ərazilərə 5-15 sm qar yağıb.

Milli.Az


Tags:  Quba-Xınalıq yolu bağlanıb


RƏYLƏR


Top news